Səlib Yürüşlərinin O Biri Üzü

Putinin anti-İslam çıxışı: “Təhsil Mərkəzlərində Hicab qadağan olmalıdır”

  • News Code : 413604
  • Source : ABNA- Xəbər Agentliyi İKNA-ya istinadla
Brief

Vladimir Putin: “Rusiyada, hətta Müsəlman məntəqələrində belə Hicabın bağlanmasına icazə verilməyəcək”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Rusiya Prezidenti Vladimir Putin televiziya vasitəsi ilə verilən canlı yayımda bir daha anti-İslam mövqeini açıqlayaraq deyib: “Rusiya Təhsil Mərkəzlərində Hicab qadağasının tətbiq olunması birmənalıdır".

Dövlət başçısı deyib: “Təhsil Mərkəzlərinə İslam geyimi ilə gəlməyin heç bir “fayda”sı yoxdur. Bəzi ölkələrdə, mxsus məntəqələr üçün bəzi istisnai hallar olması mümkündür. Amma Rusiyada, hətta Müsəlman məntəqələrində belə Hicabın bağlanmasına icazə verilməyəcək.

Putinin Hicab Qadağası ilə bağlı bu çıxışı, artıq onun anti-İslam siyasətlərinə rəsmən start verdiyindən xəbər verir.

Xatırladaq ki, məktəblərdə hicabın bağlanması qalmaqalı 2012-ci ilin oktyabr ayında Stavropol vilayətində başlayıb. Valideynlər məktəb müdiriyyətinin onların övladlarına bu geyimdə dərsə gəlməyə icazə verməməsi ilə bağlı şikayət ediblər. 2012-ci ilin oktybar ayında regional hökumət “Məktəb geyimi və şagirdlərin xarici görünüşünə qarşı əsas tələblərin təsdiqlənməsinə dair” qərar qəbul edib. Bu qərarla müsəlman qızların dini inanclara uyğun geyinmə hüquqları ləğv edilib.

Xəbərlə bağlı daha ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkləri tiklaya bilərlər:

1 ŞOK: Rusiyada da Hicablılar orta təhsil almaqdan məhrum edildilər

2 Rusiya duması Hicabafobiya siyasətlərin daha da kəskinləşdirir

3 Stavropolda Hicab ətrafında növbəti qalmaqal 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib