Ruslardan əliyevlərə örnək

Rusiya Prokurorluğu Universitetdə Hicab qadağasını ləğv etdi

  • News Code : 412969
  • Source : Deyerler “Gazeta”-ya istinadla
Brief

Prokurorluğun qərarına görə, universitetdə tətbiq edilən intizam qaydası tələbələrin təhsil hüquqlarına zidd olub

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Rusiya Prokurorluğu Krasnoyar əyalətinin Tibb Universitetində hicablı tələbənin təhsildən kənarlaşdırılmasını araşdırdıqdan sonra qəbul etdiyi qərarı açıqlayıb: “Universitetlərdə hicab qadağasının tətbiq edilməsi tələbələrin təhsil hüquqlarına ziddir”.

Tibb Universitetinin rəhbərliyi Prokurorluğun etirazından sonra tələbənin Hicab qadağasına görə təhsildən kənarlaşdırılması barədə qərarı ləğv edib. Bundan başqa universitet daxili intizam qaydasını da dəyişməli olub. Prokurorluğun qərarına görə, universitetdə tətbiq edilən intizam qaydası tələbələrin təhsil hüquqlarına zidd olub.

Xatırladaq ki, mart ayında Krasnoyar Dövlət Tibb Universiteti 3 kurs tələbəsi olan Aygul Xiderbekovanı hicablı olduğuna görə dərsə buraxmayıb. Universitet rəhbərliyi onu universitetin daxili intizam qaydasını pozmaqda ittiham edib. Bundan sonra Aygul Dağıstan Tibb Akademiyasına köçürülüb, lakin, buna baxmayaraq xanım Prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib