Aərbaycan və İslam

5 oktyabr “Hicaba Azadlıq” aksiya iştirakçılarının 8 nəfərinə hökm oxundu

  • News Code : 411836
  • Source : ABNA- Xəbər Agentliyi İslam Azeri-ye istinadla
Brief

Azadə Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə “zahiri azadlıq”dan məhrum ediliblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Aprelin 22-də mövcud əliyevlər rejiminin Nərimanov Rayon, anti-İslam Məhkəməsində Hicab məhbuslarından 8 nəfərinə hökm oxunub.

Azadə Rövşən Allahverdiyev, İlham Hətəmov, Anar Qasımlı, Tərlan Ağadadaşov 5 il 6 ay, David Kərimov, Telman Şirəliyev 6 il, Miradaş Quluyev, Ceyhun Quliyev 5 il müddətinə “zahiri azadlıq”dan məhrum ediliblər.

Xatırladaq ki, ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında “Hicaba Azadlıq” aksiyası keçirilmişdir. Aksiyada etirazçılar polislərin kəskin qəddarlığı ilə üzləşmişlər. Hadisəyə görə 40-a yaxın şəxs həbs edilib.

Onlar, əliyevlər rejimi tərəfindən ənənəvi olaraq Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ŞƏRLƏNİBLƏR.

ŞƏRLƏNƏN şəxslərin məhkəməsi qruplarla aparılır. Aprelin 22-də barəsində hökm çıxarılanlar bu iş üzrə məhkum edilən ilk qrupun üzvləridirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib