Hicabsızlıqdan yorulmuş müğənnilər

Azərbaycan müğənniləri Qafqazın hidayətolanlarının ön sırasında

  • News Code : 404650
  • Source : Aran Nyus
Hər zaman Tanrıya dualar edəndə deyirəm, üzümə elə bir qapı açılsın ki, mən daha rəqqasəlik etməyim. İmam Rzanın (ə) hərəmini ziyarət edə bilməyim mənim bu arzumu gerçəkləşdirdi”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən son vaxtlar məntəqə ölkələrində hicaba qarşı təzyiqlər icra olmasına baxmayaraq, Türkiyə, Azərbaycan Respublikası və Gürcüstan kimi ölkələrdə hicaba təmayül günbəgün artmaqdadır. Bu arada hətta, bir zamanlar özləri hicabsızlığı təbliğ edən qadınlar hicaba üz gətirmələri diqqəti daha çox cəlb edir. Pərvanə Cəfərağa, Viktoriya Yemelyanovna Xaçirova Qamxurelidze, Fatimə Fətəliyeva, Maşa Elilikna, Xuraman Şuşalı kimi məşhurlar belə müğənni və modellərin yalnız bəziləridir ki, uzun müddət hicabsızlıqdan sonra hicabı seçdilər. Maraqlı burasıdır ki, onların hamısı özlərinin hicabsızlıq dövrlərinə niftərlə baxırlar, hətta, bəziləri həmin dövrləri cahillik dövrü adlandırırlar.

Əlbəttə, hicaba üz tutanlar arasında tanınmış telekanal aparıcıları, tanınmış idmançıların həyat yoldaşları da vardır.

Bu şəxsiyyətlərlə bir az ətraflı tanış olaq:

 

Pərvanə Cəfərova

Pərvanə Cəfərova qabaqlar müğənni olmuş azərbaycanlı bir qadındır. O, imam Rzanın (ə) hərəmində şəfa tapdıqdan sonra  İslamın şiə məktəbi barəsində tədqiq edir və bu dinə gəlir.

O deyir: “Mən 28 yaşıma kimi karate ilə məşğul idim və Azərbaycanın voleybol yığmasının üzvü idim”.

İslamı qəbul etmiş bu azərbaycanlı xanım özünün müğənnilliyə marağı barədə deyir: “Mənim türk müğənnilərinə, əsasən də türk qadın müğənnilərin burinə xüsusi sevgim var idi və onu özümə ideal bilirdim. Ona görə də universitetdə müğənnilik ixtisasını seçdim”.

O davam edir: “Birdən-birə hər iki qıçım iflic oldu. Bir müsəlman qadın qonşumuz var idi. O məni İrana və imam Rzanın (ə) hərəminə aparmağa israr etdi. İmam Rzanın (ə) hərəmində heç bir inancım olmadığı halda müsəlman-şiə camaatla birlikdə göz yaşı tökür, ağlayırdım və bunun səbəbini bilmirdim. Buna görə də Ayətullah Behcətin yanına getdim. O və onun tələbələri mənə salavat oxumağı öytərdilər. ”

Pərvanə xanım deyir: “Ölkəmizə qayıtdıqdan sonra həmin müsəlman qadın qonşumuz mənə dedi: Sən gərək hicablı olasan. Çünki iki böyük şəxsin (İmam Rza və Ayətullah Behcət) görüşünə getmisən!”

Pərvanə Cəfərova hazırda hicablı olmasından əlavə, dini məsələlər üzrə təhqiqlə də məşğuldur.

 

Viktoriya Yemelyanovna Xaçirova Qamxurelidze

Gürcü müğənni Suli Azərbaycanda məscidə gələrək şəhadəteyni deyib və İslamı qəbul edib. İslamı qəbul etmiş bu xanımın əsil adı Viktoriya Yemelyanovna Xaçirova Qamxurelidzedir.

Azərbaycanın Təzəpir məscidinin idarə heyətinin üzvü hacı İrşad deyir: “Suli bu məscidə gələrək şəhadəteyni dedi və İslamı qəbul etdi”.

Suli İslam dinini qəbul etdikdən sonra deyib: “Mən İslam dini barədə geniş tədqiqatım əsasında agah halda bu dini seçdim və ona iman gətirdim”.

 

Fatimə Fətəliyeva

Azərbaycan Respublikasının bu məşhur müğənnisi imam Rzanın (ə) hərəmini ziyarət etdikdən sonra öz sənətindən əl çəkdi.

Azərbaycan Respublikasının ən məşhur müğənni və rəqqasəsi imam Rzanın (ə) hərəmini ziyarət etdikdən sonra öz sənəti ilə vidalaşdığını və həyatı üçün yeni bir yol seçəcəyini bildirib.

Fatimə Fətəliyeva Məşhəd ziyarətindən qayıtdıqdan sonra ölkənin Trend agentliyi ilə müsahibəsində deyib: “Başa düşürəm ki, Allahıma daha yaxın olmaqdan ötrü bu sənətdən mütləq uzaqlaşmalıyam. Tam səmimiyyətimlə deyirəm ki, getmək istəyirəm səhnədən”.

Azərbaycanlı müsəlman xanım artırıb: “Hər zaman Tanrıya dualar edəndə deyirəm, üzümə elə bir qapı açılsın ki, mən daha rəqqasəlik etməyim. İmam Rzanın (ə) hərəmini ziyarət edə bilməyim mənim bu arzumu gerçəkləşdirdi”.

Xanım Fətəliyeva artırıb: “Mənim müğənnilik və rəqqasəlikdən uzaqlaşmağım bəlkə də Azərbaycanda bir çoxlarına qəribə gələ bilər. Amma mən Allah dərgahına dua edirəm ki, bu sənətimdən uzaqlaşım”.

 

Beyda Şükur (Hakan Şükurun həyat yoldaşı)

Türkiyə milli futbol komandasının keçmiş kapitanı, hazırda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili olan Hakan Şükür həyat yoldaşı Beydanın öz istəyi ilə hicabı seçdiyini və özünün də həyat yoldaşının seçimindən razı qaldığını bildirib.

Hakan Şükurun 41 yaşı vardır və 15 ildir ki, evlidir. Bu evlilikdən 3 övlad dünyaya gəlib. O, həyat yoldaşı ilə həcc səfərinə getdikdən sonra Beyda Şükur hicablı olub.

Türkiyə mediası Beyda Şükurun həcc əməllərini yerinə yetirməsindən sonra belə bir qərar verməsini yazdı.

 

Dinarə Sədrəddinova

Rossiya telekanalının yeganə hicablı aparıcısı Dinarə Sədrəddinova  “Moskovskiy Komsomoleç” qəzetində bir məqalə dərc edərək öz şəxsi həyatı barədə yazıb.

O, öz məqaləsində müsəlman olmasında peşman olmadığını bildirib. Rusiya televiziyasının dini verlişlərindən birinin aparıcısı olan Dinarə öz peşəsindən də razı olduğunu deyib.

O yazır: “Hazırkı verlişdən öncə peyk antenasından yayımlanan digər bir dini verlişin aparıcısı idim. Təhsilimi təzə tamamlamışdım və mini yubka geyirdim. Bəzi vaxtlar verliş əsnasında yaylıq bağlamalı olurdum. Yubkam görünmürdü. Bird aha güzgüdə mini yubka və yaylıqla özümə baxdım. Tamaşaçıların məni hicablı fikirləşmələrindən vicdan əzabı hiss edirdim. Qısa bir müddətdən sonra tövbə və istiğfar etdim”.


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib