Sionist əliyevlər rejimində

Bakıda Hicablı tələbə universitetə biraxılmadı + foto

  • News Code : 397477
  • Source : Bizim Xeber
Hicablı xanımın tələbə yoldaşları bildiriblır ki, həmin xanım Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində oxuyur və dünən də çöldə qalıb: “Bu gün də heç bir hicablı tələbəni korpusa buraxmadılar”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən anti-İslam əliyevlər rejiminin İslamafob siyasətləri səngimir. Belə ki, bu gün səhər saatlarında hicabda olan xanım tələblərdən birinin Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına buraxılmayıb.

Universitetdə olan əməkdaşımız soyuq havada saatlarla çöldə qalan və binaya buraxılmayan həmin xanımla bağlı maraqlı məlumatlar əldə edib. Heç demə bu tələbə hicablı olması səbəbindən dünən də oxşar halla rastlaşıb və sonunda evə qayıtmağa məcbur olub.

Sözügedən xanımın tələbə yoldaşları ilə söhbət edən Bizimxeber.az-ın müxbiri onu da öyrənib ki, universitetdə bu xoşagəlməz olay ciddi narazılığa yol açıb: “Akademiya üç korpusdan ibarətdir. Birinci ilə ikinci korpusun qapısından hicablı xanımlar sərbəst daxil ola bilirlər və mühafizəçilər onlara heç nə demir. Amma maraqlıdır ki, üçüncü korpusa daxil olmağa imkan vermirlər və səbəbini soruşanda bildirirlər ki, rəhbərliyin hicablıları buraxmamaq barədə qərarı var. Anormal bir vəziyyət yaranıb. Bu tələbə xanım birinci və ikinci korpusda olan dərslərdə iştirak edə bilir, amma üçüncü korpusda onu qapıdan buraxmırlar”.

Tələbələrin sözlərinə görə, bu problem iki gündür yaranıb. Bu gün də məsələ ilə maraqlanan tələbələr dekanlığa gedərək, bunun səbəbini soruşanda qaneedici cavab almayıblar: “Bizə bildiriblər ki, Təhsil Nazirliyinin bununla bağlı əmri yoxdur. Biz qaynar xəttə zəng edib problem ilə maraqlanacağıq”.

Hicablı xanımın tələbə yoldaşları bildiriblır ki, həmin xanım Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində oxuyur və dünən də çöldə qalıb: “Bu gün də heç bir hicablı tələbəni korpusa buraxmadılar”.

Bununla bağlı hansısa etirazın olub-olmayacağına gəlincə, tələbələr bildirdilər ki, hələ konkret olaraq tələbələrdən dəstək gəlmir: “Yalnız onun yaxınları və qrup yoldaşlarından bəziləri xanımın ətrafında olublar. Etirazımızı kütləvi olaraq bildirməmişik. Öz aramızda məsələni rektorluqla həll etməyə çalışırıq. Uşaqlardan bəziləri artıq rəhbərliyin qəbulunda olub. Bu da onunla bağlı oldu ki, həmin tələbələrdən birinin də nişanlısı hicablı olduğu üçün oxşar halla üzləşib. İndi nə etməliyik? Universiteti yarıdan buraxmalıyıq ki, hicaba qadağa qoyuldu? Hazırda problemin həlli ilə bağlı tələbələrə heç nə demirlər”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib