Yəhudi Vandaliziminin Davamında

İşğalçı sionistlər fələstinli qızın Hicabını başından zorla götürdülər

  • News Code : 396016
  • Source : Aran Nyus
Şahidlər: “...İsrailli qadınlar o qızın hicabını başından açmağa çalışırdılar. Lakin, fələstinli qız onların qarşısında müqavimət göstərirdi. Onlar birdən hamılıqla hücum çəkərək onun hicabını başından götürdülər".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən işğalçı sionist rejimin Mearyo qəzeti, bir qrup yəhudi radikal qadınların Qüds şəhərində bir fələstinli qızın hicabını zorla başından götürməsindən yazıb.

Mearyo qəzeti canlı şahidlərə əsaslanaraq yazıb: "İsrailli qadınlardan biri heç bir səbəb və üzür olmadan bu fələstinli qıza hücum etdi, yumruqla onun başına vurdu və qızla mübahisəyə başladı. Sonra onun rəfiqələri olan digər radikal israilli qadınlar da ora çatdılar. Onlar hamılıqla fələstinli qızı döyməyə başladılar. İsrailli qadınlar o qızın hicabını başından açmağa çalışırdılar. Lakin, fələstinli qız onların qarşısında müqavimət göstərirdi. Onlar birdən hamılıqla hücum çəkərək onun hicabını başından götürdülər".

Bu hadisədən sənədli şəkillər çəkə bilən israilli sülh fəallarından olan xanım Duriyət vurğulayıb ki, hadisənin şahidləri israilli qadınların təcavüzünün qarşısını almaq üçün heç bir hərəkət etmədilər.

Hadisənin şəkillərinin yayılmasından sonra sionist rejimin polisi bu rüsvayçı cinayəti ört-basdır etmək üçün hadisə ilə bağlı cinayət işinin açılmasından xəbər verib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib