Türkiyədə Anti-İslam SiyasətlərəTəpki

Türkiyədə Hicablı xanımların azadlığa çıxması üçün 10 milyonluq imza kmpaniyası, başa çatdı

  • News Code : 391759
  • Source : ABNA- Xəbər Agentliyi İRNA-ya istinadla
Günay Kaya: “Qısa bir müddət ərzində 10 miliyonluq imza kompaniyasını müvəffəqiyyətlə başa vurmaq, bunun göstəricisidir ki, Türkiyənin 75 milyonluq cəmiyyəti, ölkədə insan haqqlarının tam bərpasının və fərdi azadlığların qorunmasının tam tərəfdarıdır.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Türkiyə dövlətinin Fəal Kadırlar Alyansının Sədr əvəzçisi “Günay Kaya” dünən 16 Fevral 2013 tarixdə Qeysəriyyə şəhərində bildirib: “Hicablı xanımların, dövlətin müxtəlif orqanlarında işləyə bilmələri üçün Türkiyənin bütün əyalətlərindən 10 milyonluq imza toplanıb, və tezliklə bu imzalar, Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğana təqdim olunacaq. Ümüd edirik ki, bundan sonra, hicablı xanımların haqqları bir daha tapdalanmayacaq.”

Günay Kaya daha sonra bildirib: “Qısa bir müddət ərzində 10 miliyonluq imza kompaniyasını müvəffəqiyyətlə başa vurmaq, bunun göstəricisidir ki, Türkiyənin 75 milyonluq cəmiyyəti, ölkədə insan haqqlarının tam bərpasının və fərdi azadlığların qorunmasının tam tərəfdarıdır.”

Türkiyə Dövlət Personalları Sendikatının Sədri “Əhməd Gündoğdu”, bundan öncə Hicab probleminə toxunaraq bildirmişdir: “Əgər Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan höküməti, 15 Mart 2013 tarixə kimi “xanım işçi qüvvələrinin Hicabla işə gəlməsinə qadağa edən qanun”u ləğv etməzsə, elə həmin günədn etibarən bütün Hicablı işçi xanımlar, öz Hicabları ilə işə yerlərinə gedəcəklər.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib