Azərbaycana İbrət Güzgüsü

Rusiyada işləməyə gedən müsəlman qadınlara hicabla şəkil çəkdirməyə icazə verildi

  • News Code : 380693
  • Source : Trend "İnterfaks"a istinadla
Əmrdə deyilir: "Dini etiqadları baş geyimi olmadan yad adamlar qarşısında görünməyə icazə verməyən insanların üz çevrəsini gizlətməyən baş geyimlərində şəkil çəkdirməsinə icazə verilir”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiyada işləməyə gedən müsəlman qadınlar sənəd üçün hicabla şəkil çəkdirə bilərlər.

Bu, Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovskinin imzaladığı əmrdən irəli gəlir.

Əmrdə deyilir: "Dini etiqadları baş geyimi olmadan yad adamlar qarşısında görünməyə icazə verməyən insanların üz çevrəsini gizlətməyən baş geyimlərində şəkil çəkdirməsinə icazə verilir. Üst geyimdə, çənənin bir hissəsini bağlayan şərflə şəkil çəkdirməyə icazə verilmir".

"Həmin tələblər RF-də pasportlar üçün şəkil çəkdirməyə olan tələblərlə eynidir", - FMX-nin mətbuat katibi Zalina Kornilova deyib.

FMX-dən bildiriblər ki, həmin qaydalar müxtəlif dinlərə etiqad edən insanlara aiddir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib