Ankara həll olunmayan Hicab problemi

Türkiyədə hicab qadağası əleyhinə aksiya keçirilib

  • News Code : 370373
  • Source : Xeber Name
Türkiyənin Diyarbakır şəhərində yerləşən Dəclə Universiteti fən-Ədəbiyyat Fakültəsi qarşısında reallaşdırdığı aksiyada, tələbələr hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin Özgür-der insan haqqları təşkilatından verilən məlumata əsasən, Türkiyədə universitetlərdə tətbiq olunan hicab qadağasına etiraz olaraq aksiya keçirilib.

Özgür-Der  Universitet Gəncliyinin Türkiyənin Diyarbakır şəhərində yerləşən Dəclə Universiteti fən-Ədəbiyyat Fakültəsi qarşısında reallaşdırdığı aksiyada, tələbələr hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Aksiyada  mətbuat açıqlamasını Özgür-Der Universitet Gəncliyi adına Həcər Gözçü adlı hicablı tələbə edib.

O bildirib ki: "AKP  hökumətinin iqtidara gəldiyi gündən bu günə qədər, imam xətib liseylərindən başqa  məktəblərdə və cəmiyyət təşkilatlarında hicab qadağasını  davam etdirərək inanclı insanların hüquqlarını tapdalayır. AKP  hökuməti, inanc istismarına son verməlidir. Hicablı insanların hüquqları bərpa olunmalıdır ."

Aksiya sonunda bəyanat oxunub və hicab qadağası pislənilib.

Qeyd edək ki, aksiya zamanı qarşıdurma yaşanmayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib