Rusiyadan İslama Olunana Təpki

Stavropolda Hicab ətrafında növbəti qalmaqal

  • News Code : 368961
  • Source : Haqq Yolu
Stavropol vilayətində hicablı qızların məktəbə buraxılmaması ətrafında yaranan söz-söhbətlər səngimək bilmir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Müəllimlərin sözlərinə görə, söhbət gedən həmin elitar məktəbdə bu cür geyim forması qayda-qanunun pozulması hesab olunur. Valideynlər isə yerli hakimiyyət orqanlarına müraciət edərək bu qaydanın ləğvini tələb edirlər.

Hicaba dair qalmaqal Stavropol vilayətində artıq iki aydır ki, davam edir. Rayonların birində bu məsələ vilayətin təhsil naziri və din xadiminin iştirakı ilə müzakirə edilib. Bu gün Pyatiqorskda müsəlmanların dini idarəsində məsələyə dair iclas keçirilib. İclasda rayonların imamları və icma nümayəndələri iştirak edib. Din xadimlərindən birinin sözlərinə görə, məktəb hicabı qadağan edə bilməz. Görüşdə dialoq emossiyalar üzərində qurulduğundan tərəflər qəti razılığa gələ bilmədiylər. Buna görə də məsələnin yuxarı instansiyalarda çözülməsinə dair razılıq əldə edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib