Rusiyada Hicab problemi hələ öz həllini tapmayıb

Sartov Müsəlmanları Hicabın müdafiəsinə qalxdı

  • News Code : 362477
  • Source : ABNA- xəbər agentliyi “İslam”a istinadla
Saratov Müsəlmanların Dini Qurumlar üzrə idarəsi: “İnanclılar Cümə Namazın qıldıqdan sonra, ictimai və din xadimlərinin təşəbbüslərinə qoşularaq Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Hicabla bağlı təhsil ocaqlarında tətbiq olunan qadağanın həyata keçməməsinə xatir ünvanlanan müraciətə imza atmışlar”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən keçən cümə günü 5 noyabr 2012 tarixdə Saratov şəhərindəki Məscidə Cümə Namazın qılmağa gələn yüzlərlə Müsəlman Cümə Namazın qıldıqdan sonra, Rusiyada Müsəlman qızların Hicabla orta və ali məktəblərə gəlmələrin qadağan edən anti-konstitusion qadağaya etiraz olaraq Hicabın müdafiəsi üçün imzalar toplayıblar.

Saratov əyalətinin Müsəlmanların Dini Qurumlar üzrə idarəsinin xəbər agentliyi bu barədə belə yazır: “İnanclılar Cümə Namazın qıldıqdan sonra, ictimai və din xadimlərinin təşəbbüslərinə qoşularaq Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Hicabla bağlı təhsil ocaqlarında tətbiq olunan qadağanın həyata keçməməsinə xatir ünvanlanan müraciətə imza atmışlar”.

Xatırladaq ki, prezidentə ünvanlanan açıq məktubun yazılmasına səbəb Stavropol diyarının Kara-Tube kəndinin № 12 orta məktəb müdirəsinin Hicablı qız uşaqlarının məktəbə buraxmaması olmuşdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib