Mübarizə Davam Edir...

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI

  • News Code : 361395
  • Source : Hicab
Həbsdən azad olunmuş və azad olunacaq bütün möminləri bu şərəfli yolda göstərdikləri səbir və əzmkarlıq münasibətilə bütün heyətimiz adından səmimi qəlbdən təbrik edir, bu müqəddəs mübarizə yolunda daha böyük uğurlar arzulayırıq!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanda mövcud rejim tərəfindən İslama qarşı yürüdülən qısqanclıqlara etirazlar etmiş, habelə müqəddəs prinsiplərin qorunması yolunda bu günlərdə həbsə alınmış mömin alim və dindarların azadlığa çıxacağı ilə bağlı Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiəsi Komitəsi BƏYANAT vermişdir.

Bəyanatı ziyarətçilərimizə təqdim edirik.

Bismillahir-Rəhmanir-Rəhim!

"Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (mübarizə aparan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (mübarizədə iştirak etməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab əməllərinə nisbətdə mükafat) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir." (Nisa surəsi, ayə 95)

Əziz müsəlman xalqımız! İmamətin onuncu günəşi, İmam Əliyyən Nəqinin (ə) mübarək təvəllüdünün ildönümü münasibətilə hamınızı təbrik edir və vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, müqəddəs İslam və Qurana əməl olunması, dəyərlərin qorunması yolunda hamınıza uğurlar arzulayırıq!

Yuxarıda qeyd edilən müqəddəs prinsiplərin qorunması yolunda bu günlərdə həbsə alınmış mömin alim və dindar qardaşlarımızın azadlığa çıxacağı ilə bağlı xəbərlər ən çox bu yolda bütün imkanlarını onların hüquqularının müdafiəsinə sərf etmiş Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiəsi Komitəsinin idarə heyətini sevindirdi. Həbsdən azad olunmuş və azad olunacaq bütün möminləri bu şərəfli yolda göstərdikləri səbir və əzmkarlıq münasibətilə bütün heyətimiz adından səmimi qəlbdən təbrik edir, bu müqəddəs mübarizə yolunda daha böyük uğurlar arzulayırıq!

Amma iki ildən çox müsəlman ölkəmizdə İslama, Qurana, baş örtüyünə qadağalar qoyub, islamçılara qarşı repressiya, şər, böhtan kampaniyası aparan dövlət məmurlarına və iqtidara üzümüzü tutub bir daha təkidlə tələb edirik ki, dünyada müsəlman xalqımızın adına ləkə gətirən belə rüsvayçı proqramlarını kənara qoyub, müsəlman xalqımızın əsas və fundamental problemlərinin həlli ilə məşğul olsunlar! İslam və Quran zühur edəndən bu günə qədər ona qarşı çıxanlar daim xar və zəlil olub və olacaqlar!

"And olsun axşam çağına ki, insan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!" (Əsr surəsi)

HHQM MK-nın mətbuat xidməti

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib