Ruslar Səlib Yürüşünə Start Verdilər

Rusiya duması Hicabafobiya siyasətlərin daha da kəskinləşdirir

  • News Code : 357907
  • Source : ABNA- xəbər agentliyi
Rusiya Təhsil Naziri Dövlət Dumasında Stavropol məktəbində Hicabla bağlı baş verən münaqişəni şərh etdi və onun şərhi gözlənilməz oldu...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünyada baş alıb gedən anti-Hicab siyasətlərin davamında Rusiyada özünü Hicabafob ölkələr siyahısına daxil etdi. Belə ki, xəbər verdiyimiz kimi, Stavropol vilayətində hicabla bağlı gərginlik yaşanmışdır. Bununla bağlı 17 oktyabr 2012 taixdə Rusiya Təhsil Naziri, Rusiya Naziri Dimitri Livanov Dövlət Dumasına təhsil haqqında yeni qanun layihəsinin qəbul edilməsini təqdim etdi.

Rusiyadakı müxbirimizin verdiyi məlumata görə, Dumada qanun qəbul olunduqdan sonra deputatlar Stavropol vilayətindəki hicab münaqişəsi haqqında Təhsil Nazirindən fikir bildirməkini soruşduqda Təhsil Naziri D.Livanov deyib: “Mənə məlum olduğu kimi, Stavropol vilayətində sentiyabr ayının birindən qızlar məktəbə hicabla gediblər. Bu isə heçdə məktəb qaydalarına və qəbul olunmuş ümumi prinsiplərə heçdə zidd deyildir. Mən elə düşünürəm ki, gələcəkdə də biz lazım olan hüquqi şəraitlər yaradacağıq ki, bir çox konfliktləri dəf edək”.

Federal məmurunun bu sözləri deputatların kəskin tənqidinə səbəb olub. Xüsusi ilə də çox millətli regionların nümayəndələri tərəfindən. Onlar öz tənqidlərində Təhsil Nazirinə xatılatdırıblar ki, Rusiya “dünyəvi” dövlətdir.

Bu tənqidlər arasında ən çox canfəşanlığ edən Stavropol vilayəti tərəfindən (Qeyd edək ki, bu vilayətdə ən çox yaşayan millətlər arasında ermənilərdir.) Dövlət Dümasının deputatı “Yedinaya Rossiya” partiyasının üzvü jurnalist Olqa Timofeyeva olub.

O, intervyu verərək belə deyib: “Nazirin bu çıxışı lazımı dərəcədə axmaq çıxışdır. Bu adam göstərdi ki, bir Nazir kimi o, Moskva təhsil müəssisələrində olanlardan yaxşı başı çıxır. Amma regionda yaşayan vətəndaşlardan xəbərsizdir. Stavropol vilayəti Şimali Qafqazda Çeçenistan, Karaçayeva-Çerkesiya Dağıstan Kabardain-Balkar milli Respublikaların əhatəsində yerləşir. Biz bir-birimizə hörmət edib və öz ən-ənələrimiz vardır. Mənə elə gəlir ki, Nazirin bu absurt çıxışı Şimali Qafqazda anlaşılmazlıq yaradacaq. Hicaba gəldikdə isə mənim hər bir dinə hörmətim var. Və deyə bilərəm ki, hətta İslam bu gün buna qarşı daha azad münasibət bəsləyir. Çünki biz dünyəvi dövlətdə yaşayırıq”.

Bildirək ki, Stavropol vilayətindəki hicab konfiliktindən sonra valideynlər məktəb müəlliməsini məhkəməyə verdikdə deyib ki, “mənim heç bir kəslə işim yox idi, bu mənə yuxarı dairlərdən göstəriş verildikdən sonra onu həyata keçirtdim”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib