Rusiyada Anti-İslam Siyasətlərə Start verildi

ŞOK: Rusiyada da Hicablılar orta təhsil almaqdan məhrum edildilər

  • News Code : 357375
  • Source : ABNA- xəbər agentliyi
Rusiyanın Stavrapol vilayəti, Kara-Tyubin kəndinin orta məktəbində Hicaba yasaq qoyulub.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Rusiya Federal Respublikasında da anti-Hicab siyasətlərə start verildi.

Rusiyadakı müxbrimizdən aldığımız məlumata görə, bir neçə gün bundan öncə Rusiyanın Stavrapol vilayəti, Kara-Tyubin kəndinin orta məktəbində Hicaba yasaq qoyulub. Və bu səbəbdən də hicablı qız uşaqları məktəbdə orta təhsil almaq hüququndan məhrum ediliblər. Qadağa orta məktəbin müdirəsi Marina Kavçenkaya həyata keçirdib.

Hadisə ilə bağlı Rusiyanın Avropa bölgəsindəki Müsəlmanların Dini İdarəsinin müdir müavini Dəmir Mühyiddinov Rusiya konstitusiyasına və habelə Qurani Kərimə zidd açıqlama verərək Rusiyanın birinci kanlı ORT ilə müsahibəsində deyib: “İslam həddi buluğ olmayan qızlara hicab geyinməyi vacib etməyib. Əgər hicaba görə qız diqqət mərkəzinə çevrilirsə onu geyinmək məsləhət görülmür”.

O, daha sonra o deyib: “Hicab bağlamaq deməkdir. Bu ona görədir ki, başqa adamlar qadına az diqqət yetirsinlər. Buna görə də əgər hicab buna nail olmursa və insanlara əks təsir göstərirsə, deməli hicab öz məqsədinə çatmayıb”.

 “Hicabı ərli qadınlar geyinir bununla onlar öz mövqeylərini göstərirlər (yəni bilindirir ki, onlar ərdədirlər). Buna görədə biz müsəlman ölkələrində qız uşqlarının məktəblərə başı açıq getdiyini görürük”, - deyə Mühyiddinov anti-Hicab açıqlamasına davam etdi.

Karaçayeva-Çerkesiya vilayətinin təhsil naziri Aleksandr Qurin isə hadisə ilə bağlı belə deyib: “Bizim vilayət beş ərazini əhatə edir. Karaçaylar, Şerkeslər, Abazinlər, Naqaylar və Ruslar. Bizdə birmənalı olaraq belə şey (məktəbə hicabla gəlmək) yoxdur”.

Rusiya prezidentinin Şimali Qafqaz Federal əyalətindəki rəsmi nümayəndəsi Aleksandr Xloponin isə hesab edir ki, belə hadisələr təsadüfi deyil. Bu hadisə ölkədə valideyin və uşaqların əli ilə dinlərarası münaqişəni şiddətləndirmək üçün bir cəhdir.

Xloponin daha sonra deyib: Biz insanların ruhani-dini təhsil hüquqlarını qəbul edən ali dünyavi dövlətik. Buyurun bizdə hər heyrdə dini məktəblər vardır. Bu günkü gün üçün Şimali Qafqazda belə məktəblər kifayət qədərdir. Həmin məktəblərə uşaqlar (Hicabla deyil) müəyyənləşdirlimiş məktəbli formasında gedə bilərlər”.

O, daha sonra bildirdi ki, Kara-Tyubin məktəbinin müdirəsi Marina Kavçenkaya öz dəstəyini və yeri gəldikdə isə dövlət tərəfindən qorunmasını söz verir.

Aleksandr Xloponin daha sonra müdirəyə dayaq çıxaraq deyib: Marina Kavçinka bu işdə doğru hrəkət edir. Və ümumiyyətlə ona müəllimləri ilə bir yerdə sağol demək lazımdır. Mənim bildiyim qədər onlar bu uşaqlar ilə (yəni siniflərə buraxılmayan hicablı qız uşaqlaları ilə) sinifdən kənar evlərdə məşğul olurlar.

Anti-Hicab yürüşündən geri qalmayan Rusiya yəhudiəsilli Hüquq Müdafiəçisi Ludmila Alikseyiva da həmin məktəb müdirəsinin müdafiəsinə qalxdığını bəyan edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!