Hicaba “gerilik gözü” ilə Baxanların Nəzərinə...

Avropanın ilk hicablı bələdiyyə sədri seçilib

  • News Code : 354575
  • Source : Deyerler / Dünya Bülleteni-nə istinadla
Visokoda bələdiyyə sədrliyinə seçilən Əmra Babiç Avropanın ilk hicablı bələdiyyə sədri olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bosniya-Hersoqovinada dünən keçirilən bələdiyyə seçkilərində hicablı Əmra Babiç Visoko şəhərində səslərin 29,39%-ni toplayaraq Bosniyanın və Avropanın ilk baş örtülü bələdiyyə sədri olub.

Daha əvvəl bələdiyyə məclis üzvü də olan Babiç Aliyə İzzətbəyoviç tərəfindən qurulan Demokratik Hərəkət Partiyası "SDA"nın namizədi kimi qatıldığı seçkilərdə Visoko Bələdiyyəsinin sədri oldu.

Babiç Bosniya müharibəsi əsnasında şəhid olan əsgərlərin ailələrinə dəstək olan bir vətəndaş cəmiyyəti qurumunun da rəhbəridir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib