Parisin Anti-İslam Siyasətlərinin Davamında

Fransda Niqab taxan 425 qadının hər biri 150 avro cərimələnib

  • News Code : 350624
  • Source : Kütləvi İnformasiya Agentliyləri
65 milyon əhali arasında niqab taxanlar 2 minə yaxındır. Onların da çoxu Ahmas kimi fəal deyil

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fransada anti-İslam siyasət davam edir. Belə ki, bu yaxınlarda Fransanın Marsel şəhərində keçirilən aksiyada polis 7 nəfəri saxladı. Günahları niqab taxmaqları idi. Onlar 2011-ci ilin aprelində çıxan və üzü tamam örtməyi qadağan edən anti-İslam qadağanı pozmuşdular.


Bir ildən çoxdur qüvvəyə minməsinə baxmayaraq, tərəfdarları da, əleyhdarları da bu qanunun elə də təsirli olmadığını bildirir. Çoxları bunu müsəlmanlarla polisin yaxşı münasibətləri ilə əlaqələndirirlər.


Fransanın Daxili İşlər Nazirliyinin sözçüsü Pierre-Henry Brandet bildirib ki, niqab taxan 425 qadının hər biri 150 avro cərimələnib. 66 qadına isə xəbərdarlıq edilib. Brandet bildirib ki, əksər hallarda polis tələb edəndə, qadınlar örtüyü çıxardır. Qanunun tərəfdarları deyir ki, Fransanın dünyəvi respublika dəyərlərini qorumaq üçün bu, vacibdir. Lakin onalar geyim azadlığını bilərəkdən əsla nəzərə almırlar.


Kenza Drider ailəli müsəlman qadın kimi niqab taxır. Deyir ki, o, bunu dini vəzifəsi hesab edir.


NİQAB ÖRTDÜYÜ ÜÇÜN TƏHQİR OLUNUR


İslamı sonradan qəbul etmiş 4 uşaq anası Kenza isə deyir ki, bu, boş, mənasız qanundur. Polis tələb edəndə, o, örtüyü çıxardır, sonra yenə taxır. Deyir ki, yaşadığı Avinyon şəhərində polis onu tanıyır. Saxlamaq əvəzinə əl edib onu salamlayır.


Mərakeşdən köçüb gəlmiş 33 yaşlı Hind Ahmas deyir ki, ailəsi əleyhinə olsa da, 8 ildir niqab taxır. Ahmas'ın 5 yaşında qızı var. Deyir ki, bu qanun onun həyatını alt-üst edib. Niqab örtdüyü üçün təhqir olunur. O, məhkəməyə müraciət etdiyini, Avropa İnsan Haqları Məhkəməsinə də üz tutacağını bildirir.


Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 65 milyon əhali arasında niqab taxanlar 2 minə yaxındır. Onların da çoxu Ahmas kimi fəal deyil.


Sen-Deni Müsəlman Dərnəkləri Birliyinin baş katibi Muhammed Henniche deyir ki, bu qanun niqab taxan qadınların fəaliyyət imkanlarını məhdudlaşdırır, onlar öz məhəllələrindən kənara çıxmır.


Xatırladaq ki, Fransa Avropa ölkələri arasında müsəlmanların ən çox yaşadığı ölkədir.


 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib