Köşə Yazısı

Hicablıyam, təhsil hüququm necə olacaq?

  • News Code : 346794
  • Source : İslam Azeri
4 gündən sonra orta məktəblərdə tədris başlayır

Uşaqlar sevinclə məktəbə gedəcək. Yeni dostlar, yoldaşlar tapacaq. Amma... Amma hicablı, məsum uşaqlar məktəbə həsrətlə baxacaqlar. Düşünürlər ki, biz azərbaycanlı deyilikmi? Qardaşımız əsgərliyə gedir, amma biz məktəbə gedə bilmərikmi? Bizim təhsil almağa haqqımız yoxdur? Biz ölkənin büdcəsinə çətinliklə olsa belə vergi ödəyirik, amma təhsil ala bilmərik? Bizim dinimiz kamil dindir, elmə çox böyük yer verilir dinimizdə. Yoxsa onlar ruhani Hacı Abgül Süleymanovun dediyi kimi, hicablıların təhsildə gözəl nəticələr əldə etmələrindən qorxurlar? Qorxurlar ki, öz övladlarının fikri başqa yerlərdədir, hicablı şagirdlər onlardan daha savadlı olarlar?

Axı nə üçün mənim hicabım Azərbaycan hakimiyyətinin qadağası ilə üzləşməlidir. Ölkəmiz bir halda ki, müsəlman ölkəsidir, məmurlar müsəlman olduğunu iddia edirlər. Bu necə müsəlmançılıqdır ki, hicabla düşmənçilik edirlər. Hicabı müdafiə edənləri ağır cinayətlərlə ittiham edib həbs edirlər. Əgər Allahla, İlahi dəyərlərlə düşmənçilik edirlərsə niyə ateist olduqlarını demirlər?!

Hicab aksiyalarında Allahın vacibini müdafiə etdikləri zaman ölümünə döyülməklə  üzləşmişdilər. Axı bu necə hakimiyyət məmurlarıdır ki, müsəlmançılıqla, müsəlmanlarla, Allahın dini ilə düşmənçilik edir, lakin özlərinin müsəlman olduğunu bildirirlər?

Gözü yaşlı hicablı balalar həsrətlə məktəb qapılarına baxa-baxa qalırlar. Bu qədər məzlum balaların haqqını müdafiə etməyə Azərbaycanda möminlər yoxdur? O möminlər ki, dünyaya gəlməmişdən öncə Allaha əhd veriblər ki, dinini müdafiə edəcəklər. Yoxdurmu, dinini Allaha xatir müdafiə edənlər?

Allah Quranda biz müsəlmanlara belə müraciət edir:

“Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. (Bu təqdirdə) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bununla) müjdələ. Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.” (Səff surəsi 10-14-cü ayələr)

 

Tural Əli

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib