Dəyərsizlərin Dəyərləri Gözdən Salmaq Məqsədləri

Məsuliyyətdən qaçmaq, yoxsa fitnəkarlıq?

  • News Code : 341247
  • Source : Deyerler
"Çox təəssüflər olsun ki, hicab kimi ilahi dəyərdən artıq belə hiylələrdə istifadə edilir"

Əhli Beyt -ABNA- xəbər agentliyi- Bu yaxınlarda saytların birində yerləşdirilən xəbər diqqətimi cəlb etdi. Türkiyədə içkili halda sükan arxasına oturan qadın sürücülər məsuliyyətdən yayınmaq üçün polis nəzarət məntəqələrinə yaxınlaşarkən hicab geyinərək özləri haqqında möminə xanım təsəvvürü yaradırlar. Çox təəssüflər olsun ki, hicab kimi ilahi dəyərdən artıq belə hiylələrdə istifadə edilir.

Amma əslində bu hiyləyə yol açan əsas amil qanunun duzgün işləməməsidir. Sükan arxasına oturan hər bir sürücü – cinsindən, xarici görünüşündən, dini mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında özünü bərabər və məsuliyyətli hiss etməlidir. Bu cür fitnələrə imkan yaradan polis xidmətçiləri bunu əsas tutaraq yol hərəkəti qaydalarını pozan istənilən şəxslə eyni cür rəftar etsələr, heç bir qadın sürücü hicab geyərək maskalanıb məsuliyyətdən qaçmağı ağlına gətirməz. Hicablı olmaq sürücü olaraq qayda pozmağa heç bir əsas vermir və digər sürücülərə nisbətən heç bir imtiyaz qazandırmır. Əksinə bu, xanımları müsəlman kimliyinə dəlalət edən bir atribut daşıyıcısı olaraq daha səliqəli və məsuliyyətlı sürücü olmağa təşviq edir.

Azərbaycanda belə ayrı-seçkilik əsasən dövlət məmurlarına və şou-biznes nümayəndələrinə tətbiq olunur. Adi sürücünün avtomobilinin təkərinin yarısı qoşa xətti kəsməyə cəhd edən kimi bunu gözdən qacırmayan polislər, icazə verilən maksimum sürət həddi 60 km/saat olan yollarda 100 km/saatla hərəkət edən sürücünü saxlayib onun məhşur müğğəni olduğunü görəndə təntənəli surətdə üzr belə istəyib, yola salırlar.

Geyiminə, kimliyinə görə qarşılayıb yola salmaq, geyimdən istifadə edib hoqqabazlıq etmək həyatın bütün sahələrində var.

Bu xəbəri oxuyanda aylar öncə öz sadəlöhvlüyüm ucbatından başıma gələn hadisəni xatırladım. Evdən çıxıb dayanacaga gedirdim. Yolda çox səliqəli geyimdə - tərtəmiz ağ köynək, təmiz ayaqqabi, qalstuk taxmış bir şəxs mənə yaxınlaşıb acizanə şəkildə bildirdi ki, onun bütün sənədlərini, həmçinin portmonesini cibindən oğurlayıblar. Və ona evə gedib çatmaq üçün 80 qəpik pul lazımdır. Heç tərəddüd etmədən cıxarıb pul verdim, hələ bir yazığım da gəldi ki, yəqin nə qədər vacib sənədləri oğurlanıb. Avtobusa minib yol boyu getdikcə bir də fikir verdim ki, həmin o “yazıq zərərşəkmiş” artıq üçüncü adama eyni hiyləni işlədib pul alır. Yəqin ki, hamı onun geyiminə, mədəni danışığına aldanırdı.

Hoqqabaz maklerlər, dərman möhtəkərliyi edənlər, bir çox cinayətkarlar geyimdən istifadə edərək yalançı təsəvvürlər yaradıb öz çirkin işlərində bu sadə variantı tətbiq edirlər. Hamısı ona görədir ki, geyim insanın həyat tərzini, ideologiyasını əks etdirən vacib faktorlardan biridir və insanlar da bu amilə istər-istəməz diqqət edirlər. Hələ bir bu hicaba aid ediləndə, normal insanlar bu cur geyimli xanımlara etimad edərək onların içki içmələrini ehtimal etmək istəmirlər. Lakin bu geyim tərzi hicablı xanımların məsuliyyətdən qaçmaları üçün onlara heç bir üstünlük qazandırmır. Belə hallarda onlara güzəştə gedən polis işçiləri baş verə biləcək qəzalarda eyni dərəcədə gühahkardırlar.

İstənilən müsbət geyimdən pis niyyətlərdə istifadə etmək - bu geyimlərin həqiqi daşıyıcılarının üzərinə böyük kölgə salır və onlara etibarı azaldır. Lakin bu hal hicab kimi ilahi əmanətə aid ediləndə, vəziyyət daha urəkağrıdıcı olur. Cünki, bu işi görən korlanmış düşüncəli insanlar nəinki həqiqi möminə xanımların haqqıni tapdalayırlar, içkili halda müqəddəs sayılan hicabı murdarlayırlar, həmçinin digərlərini dindən qaçırmaq və iyrəndirmək üçün kimlərinsə əlinə bəhanə də verirlər.

Allah həqiqi möminələri belə fitnəkarların hiyləsinə görə gözdən düşməkdən uzaq eləsin, hicabla “hicablı” arasındakı fərqi duymağı insanlara nəsib eləsin, bu cür provokasiya xarakterli hiylələrdən cəmi müsəlmanları amanda saxlasın. Amin.

 

Günel Hüseynli

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib