Nəhayət ki,...

FIFA-dan hicaba və qol xətti texnologiyasına “yaşıl işıq”

  • News Code : 327136
  • Source : Deyerler “Haberler”ə istinadən
İran İslam Respublikasının Qadınlardan ibarət Milli Futbol Komandası 2012 London Olimpiadaları daxilində ikinci tur seçmələrindəki İordaniya matçına çıxmadan "İslami formaları" səbəbiylə məğlub elan edilmişdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən FIFA qol xətti texnologiyası və qadın futbolçuların meydana hicabla çıxmaları mövzusunda qərarını verdi. Beynəlxalq Futbol Federasiyaları Birliyindən (FIFA) inqilab kimi qərarlar gəldi. FIFA uzun müddətdir müzakirə edilən qol xətti texnologiyasına və meydana hicabla çıxmağı təsdiq verdi.

"Reuters"in xəbərində son olaraq Avro 2012-də sınaq məqsədilə istifadə edilən qol xətti texnologiyasının təsdiqləndiyi ifadə edilir.

İlk tətbiqi dünya klublar kubokunda

FIFA baş katibi Jerom Valckenin verdiyi açıqlamada bu texnologiyanın əvvəlcə dekabr ayındakı FIFA Dünya Klublar Kuboku yarışında, sonra da 2013-cü ildəki Afrika Millətlər Kuboku və 2014-cü ildə Braziliyadakı Dünya Kubokunda istifadə ediləcəyini vurğulayıb.

Hicablı futbolçular meydana

Digər tərəfdən müsəlman qadın futbolçuların meydana hicabla çıxmaları mövzusunda da danışan Jerome Valcke, bu mövzuda da idmançıları sərbəst buraxdıqlarını dilə gətirib.

Asiya Futbol Federasiyası istəmişdi

Asiya Futbol Federasiyası yanvar ayında "FIFA"dan müsəlman qadın futbolçular üçün təhlükəsizlik problemi yaratmayacaq hicablara icazə verməsi üçün müraciət etmişdi. FIFA 2007-ci ildə guya təhlükəsizlik problemi yaratması səbəbilə meydanda hicab geyilməsini qadağan etmiş, bu qərar İslam ölkələrindən böyük etirazlara səbəb olmuşdu. Asiya Futbol Federasiyasının prezidenti Zhanq Jilonq FIFA-nın 3 martda Londonda keçirilən yığıncağında mövzunu müzakirə edərək, müsbət bir qərar verməsinin, "dünyada qadın futbolçuların gələcəyi baxımından həyati əhəmiyyətdə" olduğunu söyləmişdi. Jilonq oyunçuların təhlükəsizliyinin təmin edilməsi üçün yeni hicabların boyunlarında asanlıqla açılmalarını təmin edən cırt-cırtlı bantlar olacağını da əlavə edib.

İİR Milli Komandası məğlub sayıldı

İran İslam Respublikasının Qadınlardan ibarət Milli Futbol Komandası 2012 London Olimpiadaları daxilində ikinci tur seçmələrindəki İordaniya matçına çıxmadan "İslami formaları" səbəbiylə məğlub elan edilmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib