İslam Hakimiyyətinin İlahi Səyləri

Tehranda İffət gəzintisinə start verildi

  • News Code : 311657
  • Source : Media Forum
Polis qüvvələri n paytaxt küçələrində gəzərək hicab qaydalarına kifayət qədər riayət etməyən qadınları məsuliyyətə cəlb edəcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən jurnalistlərə açıqlama verən Tehran hüquq mühafizə qüvvələrinin komandanı Hüseyn Sacediniya polisin paytaxtda hicaba kifayət qədər riayət etməyən qadınlara qarşı mübarizəsinə start verildiyini bildirib.

Hüseyn Sacediniya polisin hicabsızlığa qarşı mübarizəsi iki mərhələdə aparılacaını bildirib: “Mübarizənin birinci mərhələsi geyim istehsalı ilə məşğul olanlar və ya onu qanunsuz şəkildə ölkəyə idxal edənlərlə bağlıdır. Digər mərhələ isə istehlakçılara qarşıdır.

Hazırda Tehranda geyim istehsalı və topdan satışı ilə məşğul olan bütün sexlərin fəaliyyəti nəzarətə alınıb və onlara xəbərdarlıq edilib. Polisin xəbərdarlığını nəzərə almayan geyim istehsalçıları məsuliyyətə cəlb ediləcək, iş yerləri isə bağlanacaq. Polis qüvvələri həmçinin paytaxt küçələrində gəzərək hicab qaydalarına kifayət qədər riayət etməyən qadınları məsuliyyətə cəlb edəcək”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib