İslamda Qadın və İctimaiyyət

Moskvada Rusiyanın müsəlman qadınlarının qurultayı işinə başlayıb

  • News Code : 311247
  • Source : ABNA- Xəbər Agentliyi Tərcümə Salam News
Konqresin əsas məqsədi “Ümumrusiya Müsəlman Qadınlar Birliyi” İctimai Təşkilatının yaradılmasıdır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Moskvada Rusiya Müftilər Şurasının Sədri şeyx Ravil Qaynutdinin sədrliyi tarixi hadisə baş tutub: İlk dəfə müsəlman qadınların “Müsəlman qadını XXI əsrdə: onun cəmiyyətdəki rolu” adlı Ümumrusiya Qurultayı keçirilir.

Müsəlman qadınların mənəvi kamilliyə can atması və fəal həyat mövqeyini müdafiə etməsi XXI əsrdə aktual olaraq qalır. Bura müasir cəmiyyətdə qadının rolunun müəyyənləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində qadınların fəallaşması yollarının təyin edilməsi, o cümlədən, cəmiyyətin mənəvi dəyərlərinin möhkəmləndirilməsi daxildir.

Konqresin əsas məqsədi “Ümumrusiya Müsəlman Qadınlar Birliyi” İctimai Təşkilatının yaradılmasıdır.

Qurultaya Rusiya, MDB ölkələri, Küveyt, Almaniya, Türkiyə, İran İslam Respublikasının qadın təşkilatlarının liderləri, alimlər, hökumət və ictimaiyyət nümayəndələri dəvət olunublar.

Bildirək ki, təxminən 100 il əvvəl, 1917-ci ildə Moskvada Rusiya Müsəlman Qadınlarının I Qurultayı keçirilib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib