Bir Keşişdən İslami Dəyər

Hicab taxmaq Müsəlman Xanımların haqqıdır!

  • News Code : 306198
  • Source : Ahli Beyt
Rouen Uilyams 2006-cı ildə də İngiltərədə niqabın qadağan edilməsinə etiraz etmişdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Kenterberi arxiyepiskopu Rouen Uilyams Oksford şəhərində keçirilən ədəbiyyat festivalında çıxışı zamanı bildirib ki, hicabdan istifadə etmək müsəlman xanımın hüququdur.

Rouen Uilyams deyib ki, mən dəfələrlə müsəlman olmayan xanımları görmüşəm ki, başlarını örpəklə örtürlər. Səbəbi isə örpəkli olduqları halda özlərini inamlı hiss etmələridir.

Mənim dərslərimdə iştirak edən öz şagirdlərimdən biri həmişə dərsə başı bağlı gəlirdi deyən baş yepiskop deyib ki, o mənə həmin örpəyin onun təhlükəsizliyini təmin etdiyini və özünə inam yaratdığını bildirmişdir. Uilyams həmin şəxslərin başlarını dini göstərişə görə deyil, mənəvi və psixoloji motivlərlə əlaqəli bağladıqlarını bildirib.

Qeyd edək ki, Rouen Uilyams ilk ilk dəfə deyil ki, müsəlmanların haqqlarını müdafiə edir. 2006-cı ildə o Böyük Britaniyada niqabın qadağan edilməsinə etiraz etmişdi. 2008-ci ildə isə Böyük Britaniyanın qanunvericiliyinə şəriət normalarının daxil edilməsini və bunun müsəlmanların cəmiyyətə inteqrasiyasına xidmət edəcəyini bildirmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib