Hicab Qadının Azadlıqıdır

BMT Hicaba tərəfdar çıxdı, FİFA isə...

  • News Code : 300234
  • Source : ABNA- Xəbər Agentliyi
Blatterdən müsəlman qadınların oyuna başıbağlı çıxmasına icazə verməsini istəyirlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən BMT-nin idman məsələləri üzrə xüsusi məsləhətçisi Wilfried Lemke  FİFA rəhbəri Sepp Blaterə məktub göndərib. Müraciətdə müsəlman futbolçuları meydana hicabda çıxmasına icazə verilməsi tövsiyə olunur.

Məktubda qeyd olunur ki, FİFA futbolla məşğul olmaq istəyənlərin hamısına bu imkanı yaratmalıdır. Lemke ümid edir ki, bu məsələ həm  oyun qaydaları, həm də mədəni amillərin nəzərə alınması yoluyla həll ediləcək.

FİFA 2007-ci ildə hicabla futbol oyununu qadağan edib. Həmin vaxtda müsəlman xanımlara baş örtüyünü xüsusi kepkalarla əvəzləmək təklif olunub.

Sabah FİFA-da BMT-nin müraciətinə baxılacaq. Toplantı zamanı həm də FİFA-nın vitse-prezidenti İordaniya şahzadəsi Ali Al Hussein oyun zamanı hicabı başda saxlaya bilməyə imkan verən yeni zəncirbəndi təqdim edəcək.

Ötən il İran İslam Respublikası milli komandasının İordaniya ilə görüşündə iranlı oyunçular hicabı açmadıqlarına görə komandaya texniki məğlubiyyət verilmişdi. Bu da İran İslam Respublikası millisinin bu ilki London olimpiya oyunlarına qatılmasını əngəlləmişdi. Buna görə İran İslam Respublikası rəhbərliyi FİFA-nı məhkəməyə verəcəyini bəyan etmişdi.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib