HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİ (3)

Ummul Bəra

  • News Code : 274024
  • Source : KÖVSƏR
Əmirəl-möminini sevənlərdən, onun səhabələrindən biri də Ummul Bəra olub. Ummul Bəra Səffan ibn Hilalın qızıdır. O, şairə xanım olub.

3- Ummul Bəra

  Əmirəl-möminini sevənlərdən, onun səhabələrindən biri də Ummul Bəra olub. Ummul Bəra Səffan ibn Hilalın qızıdır. O, şairə xanım olub. Ummul Bəra «Siffeyn» müharibəsində öz epik əsərləri, dastanları ilə o Həzrətin (ə) qoşununu Müaviyənin ordusuna qarşı vuruşa təhrik edib.

Ummul Bəra Müaviyənin məclisində

   Bir gün Ummul Bəra Müaviyənin yanına getmişdi. Müaviyə ona dedi: «Ey Səffanın qızı! Necəsən?» Ummul Bəra cavab verdi: «Ey Əmirəlmöminin, yaxşıyam». Yenə soruşdu: «Halın necədir?» Ummul Bəra cavab verdi: «Qudrətdən sonra zəifəm, sevincdən sonra yorğun və süstəm». Müaviyə dedi: «Bu günlə Siffeyndə Əlini (ə) müdafiə edərək şer oxuduğun gün arasında nə qədər fərq var?» O cavab verdi: «O günü bir tərəfə qoy». Müaviyə dedi: «Heyhat! Sən həmin adamsan ki, əgər o gün geri qayıtsa, sən də geri qayıdacaqsan». Sonra Müaviyə soruşdu: «Əlinin ölümü zamanı nə yazmısan?» O dedi: «Unutmuşam». Ancaq məclisdə olanlardan bəziləri o şeiri bilirdilər və bir beytini dedilər:

       İmamımızın yoxluğunda günəş tutuldu.

         O, ədalətli insan, adil imam və ən yaxşılardan idi.

  Müaviyə onun şerini eşidəndən sonra dedi: «Allah səni öldürsün, ey Səffanın qızı, sən danışmaq üçün heç bir şey qoymadın. İndi hacətin nədir ki, yanıma gəlmisən?» O: «Heyhat, bu sözlərdən sonra hacətimi demərəm. Allaha and olsun ki, səndən bir xahiş etməyəcəyəm» – deyib, yerindən qalxdı və Müaviyənin yanından getdi.


Arba'een
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib