XALQIN VİCDANINDAN GƏLƏN SƏDALAR

Hicab Bayatısı

  • News Code : 273567
  • Source : AZAD XEBER
Əzizinəm, ay gününə, Gün ayına, ay gününə. Həya-arsız, hicabsız Təhsilimin vay gününə!

Hicab qadağasına dair bayatı.

 Əzizinəm, ay gününə,

Gün ayına, ay gününə.

Həya-arsız, hicabsız

Təhsilimin vay gününə!

Əzizinəm, yem oldu,

Quzu qurda yem oldu.

“Problemsiz ölkə”də

Hicab problem oldu.

Qaralıb tası millətin,

Silinmir pası millətin,

“Müasirlik” küləyilə

Gedir həyası millətin.

Buna görə dəyərsizik,

Hicabsızıq-hünərsizik,

Dildə “Əbəlfəz” deyirik,

Qeyrətindən xəbərsizik

Əzizinəm sürətlilər,

Cürətsizdi sürətlilər.

Qeyrətimiz yoxa çıxır,

Həbsə düşür qeyrətlilər

Hamı özun modern edir,

İnsana bu təsir edir,

Quranın hicab ayəsin 

Hicabsızlar təfsir edir.

Çarəsizik biz hamımız,

Hədəfdədir inamımız,

Ya Rəbb, məgər yetişməyib,

 Zühur edə imamımız?


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib