AZƏRBAYCANIN ANTİİSLAM SİYASƏTLƏRİ

Hicab məhbusları haqqında...

  • News Code : 266969
  • Source : azadxeber.az
Zərərçəkmiş qismində məhkəməyə dəvət edilən polis əkəmdaşı hicab məhbuslarına qarşı heç bir şikayətinin olmadığını bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azadxeber.az saytının əldə etdiyi məlumata əsasən Nərimanov Rayon Məhkəməsində may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak edən və həbs edilən Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Nuriyevin məhkəməsində daha bir zərərçəkmiş ifadəsi dinlənilib.

Sentyabrın 20-də keçirilən prosesdə aksiya azamanı sonuncu 4 zərərçəkənlərin ifadəsi alınması üçün Nərimanov Rayon Məhkəməsinə dəvət edilsələrdə onlardan yalnız biri prosesdə iştirak edib. Zərərçəkmiş qismində məhkəməyə dəvət edilən polis əkəmdaşı həbs edilənlərə qarşı heç bir şikayətinin olmadığını bildirib.

Proses zamanı may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasından çəkilmiş video görüntülər izlənilib. Video görüntülərdəndə açıq aşkar bəlli olub ki, aksiyada islamçılar polislərə deyil, polislər islamçılara ağır xəsarətlər yetiriblər.

Qeyd edək ki, may ayının 6-sı "Hicaba Azadlıq" aksiyasına görə həbs olunan Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Nuriyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunurlar.

Daxili İşlər Nazirliyi (DİN) yaydığı məlumata görə, hicaba qadaöasına etiraz aksiyası mayın 6-sı Təhsil Nazirliyinin binası qarşısında keçirilib. Bu aksiyaya görə 15 nəfər cinayət məsuliyyətinə alınaraq həbs edilib. Hüquq mühafizə orqanlarının məlumatına görə, aksiya iştirakçıları 4 şəxsi avtomobilə, bir neçə ictimai-iaşə və ticarət obyektinə ziyan vurublar, 26 polis əməkdaşı xəsarət alıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib