«WikiLeaks»dən Əliyev rejiminə növbəti «atəş»

Əliyevin hicabdan dolayı anti-Türkiyə və anti-İran siyasəti

  • News Code : 263822
  • Source : Haqq Yolu
Azərbaycana aid yeni məxfi sənəddə İlham Əliyev Metyu Brayza ilə görüşündə “Azadlıq” radiosunu niyə bağlamasından danışır və Azərbaycanda İslamla bağlı repressive tədbirləri pərdəarxasına aydınlıq gətirir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Çoxları iddia edirdi ki, Azərbaycan hökumətinin İran və Türkiyə ilə soyuq münasibəti bu iki qardaş ölkənin Ermənistanla əlaqələrinə görədir. Çoxları sübut etməyə çalışırdı ki, Əliyevin İslamla problemi yoxdur, onu narahat edən qonşu ölkələrdən ötürülən fundamentalizmdir. Çoxları yaxasını cırırdı ki, ümumiyyətlə İlham Əliyevin ölkədə dindarların başına açılan oyundan, narkotika və silahla şərləmələrdən xəbəri yoxdur. Amma… Amma yeni sənəd bir daha sübut etdi ki, Türkiyə və İranla soyuq münasibətlər Əliyevin İslama düşmən baxışından qaynaqlanır. Sənədin bir hissəsini təqdim edirik:

WikiLeaks saytı ələ keçirdiyi Amerika məxfi diplomatik teleqramlarını bu dəfə görünməmiş həcmdə yayaraq yenidən dünyanın diqqətini cəlb edib. Sənədlərdən aydın olur ki, ABŞ Radioyayımlar Şurası Əli Həsənovu yanvarın 23-ü-fevralın 2-i arası Vaşinqtona dəvət edib. Ə.Həsənov isə cavab verib ki, bu məsələ ilə bağlı əvvəlcə Milli Teleradio Şurasının rəhbərliyi ilə danışmalıdır. İlham Əliyev isə deyib ki, Həsənovla bu danışıqların tezliklə başlanmasını bir daha müzakirə edəcək. Əliyev sonra Brayzanın məsələyə yanaşma metodunu alqışladığını deyib, bildirib ki, bu yanaşma Azərbaycana Rusiya və İranın ölkə ərazisində yayımlar təşkil etməsinə qarşı çıxmaq üçün yaxşı əsas verə bilər.

Teleqramda deyildiyinə görə, prezident şikayətlənib ki, Rusiya və İran öz radioyayımları vasitəsilə Azərbaycanda siyasi sabitliyi pozmaq istəyir və dini ekstremizmi yayır… İ.Əliyev Türkiyədəki AKP hökumətinin siyasətindən də narazılıq bildirib. Deyib ki, Türkiyə hökuməti siyasi İslama doğru gedir və dünyəvi demokratiyadan uzaqdır. Əliyev bildirib ki, Ərdoğanın Qəzza məsələsi ilə bağlı İsrailə kəskin hücumlarını anlaya bilmir, hansı ki, Misir, Səudiyyə Ərəbistanı və İordaniya səsini çıxarmır. Əliyev qeyd edib ki, Türkiyə Fələstində əsasən İrana bağlı qüvvələri müdafiə edir, HƏMAS-a meyl göstərir: “Bu, Türkiyənin İsraillə qurduğu bütün münasibətləri dağıdacaq, o cümlədən iqtisadi, hərbi, kəşfiyyat sahəsində münasibətləri. Türkiyənin bu mövqeyi bizim onunla vahid xarici siyasət aparmağımızı da çətinləşdirir”.

Türkiyə hökumətinin siyasi islama yönəlməsindən narahatlıqlarını ətraflı ifadə edən İ.Əliyev M.Brayzaya deyib ki, əslində Azərbaycan telekanallarından türk seriallarının yığışdırılması heç də onların Azərbaycan dilinə tərcüməsi ilə bağlı deyildi (Milli Teleradio Şurası serialların yığışdırılmasını rəsmən bununla izah edib). İ.Əliyev bildirib ki, bu serialların yığışdırılmasının əsl səbəbi onların qadınları hicabda göstərməsidir. Bu, Azərbaycana da təsir edə bilər: “Biz görəndə ki, iranlılar öz qadınlarını örtür, buna gülürük, lakin burada insanlar Türkiyədə də qadınların örtündüyünü görəndə buna daha ciddi yanaşır”.

Teleqramda daha sonra deyilir: “Prezident onu da bildirdi ki, yerli televiziya aparıcılarına “qeyri-rəsmi xahişlə” müraciət edərək bir daha hicablı qadınlar göstərməməyi xahiş edib. O deyib ki, bu cür qadınlar haqda heç bir mənfi fikirdə deyil, lakin istəmir ki, belələri televiziyada görünsün. (Şərh: səfirlik telekanallarda bu cür dəyişiklik müşahidə etmir). Nəhayət, prezident dedi ki, onun hökuməti Azərbaycan ərazisində Türkiyədən maliyyələşən dini fundamentalist qruplaşma aşkar edib. Qrupun adı “İkramlar”dır və onlar Azərbaycanın hərbi və polis akademiyalarına sızmağa cəhd edərkən həbs olunublar. Prezident dedi ki, bu qrupun üzvlərinin dini ritualda iştirak edərkən çəkilmiş videosunu şəxsən izləyib: “Onlar heyvana bənzəyirdi”.

Ərdoğan bu qrup üzvlərinin azadlığa buraxılmasını xahiş edəndə Əliyev öz adamlarını, çox güman ki, MTN əməkdaşlarını Türkiyəyə göndərib və həmin videonun surətini Ərdoğana göstərib. “Biz İrandan bunu gözləyirdik, Türkiyədən yox” - deyə Əliyev gileylənib".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib