ALLAH UĞRUNDA MÜBARİZƏ DAVAM EDİR

Uca Allahın lütfü ilə 100 min imza toplanıldı! İmzatoplama davam edir

  • News Code : 255845
  • Source : Deyerler
Yığılan imzaların bu gün üçün ümumi sayı - 100320.

Bismilləhir-Rahmənir-Rahim!

Allahın salamı olsun Həzrət Peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə)!

25 iyul (mübarək Şəban ayının 23-də) Azərbaycanımızın ən yeni tarixində önəmli hadisələrdən biri baş vermişdir. “Yüz min müraciət” kampaniyası çərçıvəsində elan olunmuş imza sayına çatılmışdır. Ölkənin 100 mindən çox vətəndaşı məktəblərdə hicab qadağasının götürülməsi ilə bağlı dövlət başçısına edilən müraciəti dəstəkləmiş, öz imzasıyla hicab azadlığına dəstək vermişdir.

İyul ayının 25-də yığılan imzaların sayı - 6640.

Yığılan imzaların bu gün üçün ümumi sayı - 100320.

Beləliklə, kampaniyanın 23-cü günündə elan edilən yüzminlik hüdud keçilmişdir, əlhəmdulilləh!

Bu uğuru şərh edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirmişdir: “Şükürlər olsun ki, yüzminlik hədd keçildi. Allah Təalanın böyük lütfü ilə, 2 ay üçün nəzərdə tutulan imzalar, 23 günə yığıldı. Ölkəmizin 100 mindən çox vətəndaşı hicab probleminin həlli üçün dövlət başçısına olan müraciəti dəstəklədi. Biz bunu mübarək Ramazan ayı öncəsi Allah Təalanın sonsuz lütfünün və mərhəmətənin təzahürü kimi dəyərləndiririk. Bu işi onlarla ilahiyyatçı qardaşımız, yüzlərlə ixlaslı mömin və möminələr bir ibadət olaraq həyata keçirdilər. Allah Təala zəhməti keçən hər bir insana Öz mərhəmət və tofiqatından qəni-qəni əta etsin, inşəallah!”.

Növbəti mərhələ ilə bağlı sualı DEVAMM sədri belə cavablandırdı: “İnşəallah, hələlik imzatoplama davam edəcəkdir. Kifayət qədər sayda imza vərəqi fəallarımızın əlindədir və böyük şövqlə imzatoplama davam edir. Yaxın zamanlarda məsləhətləşmələr və dəyərləndirmələr aparıb, atılacaq gələcək addımlar barədə müəyyənləşəcəyik”.

Hacı İlqar onu da əlavə etdi ki, kampaniya ilə bağlı çoxlu sualın verilməsini nəzərə alaraq, şənbə günü, iyulun 30-da “İntizar” internet radiosunun efirində xüsusi veriliş təşkil ediləcəkdir. DEVAMM sədri dinləyicilərin suallarını internet-radio vasitəsilə cavablandıracaqdır.



Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib