DİNSİZLƏRİN MƏNƏVİYYATA DÖZÜMSÜZLÜYÜ

Dindən imtina edənlər "YÜZ MİN İMZA"ya qarşı niyə çıxırlar?

  • News Code : 254021
  • Source : Deyerler
Bəs insan haqları, “liberal təfəkkür” harada qaldı?

Artıq kifayət qədər insan orta məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqadər kampaniyadan xəbərdardır. Hamı bundan danışır desək, yanılmarıq. İmza toplayan könüllülərin bir neçəsi ilə söhbət zamanı, onlar bu fikri təsdiqləyiblər. Deyirlər ki, kimə yaxınlaşırıq, hamı deyir xəbərim var. O gün də ayda-ildə bir dəfə gördüyüm bir qohumum məni axtarıb. O qədər uzaqdır ki, hətta telefon nömrəmi də bilmir. Zəng vurmuşam ki, nə lazımdır? Deyir: “Mən imzatoplamada könüllü olmaq istəyirəm. Anketi haradan əldə edim?”. Deyirəm, hardan xəbər tutdunuz? Elə yer dedi ki, heç yatsam yuxuma da girməzdi. Proses o qədər genişlənib ki, şəhərlər, rayonlar, kəndlər qoşulur.

Ola bilər ki, deyəsiniz ki, elə adamlar var ki, xəbərsizdir. Bu, normaldır. Çünki bizdə hətta parlament seçkilərindən də məlumatı olmayan olur. Ancaq əksəriyyət kampaniya haqda danışır, yazır, fikir söyləyir.

Facebook və hicab kampaniyası

“Facebook” bizim ölkəyə inteqrasiya edəndən sonra müxtəlif cür insanlar üzə çıxdı. Bəziləri özlərinə bir “ist,” bəziləri başqa “ist” deyir. Amma nə “ist” olmalarından asılı olmayaraq, bunlar hamısı bir ağızdan danışır – “İslamla bağlı nə varsa, pisdir”. Vəssəlam. Bir növ ozlərini “dindən imtina edənlər” kimi göstərirlər. Tələbəlik illərində bu tip insanlarlar daha tez-tez ünsiyyətdə olurdum. İndi də hərdən bu tip adamların yazıları qarşıma çıxır. Müzakirələrini oxuyuram.

Qayıdaq mövzuya. Deyirəm axı, hamı hicab kampaniyasından məlumatlıdır. Bu haqda danışır, yazır. O gün təsadüfən hicab kampaniyası ilə bağlı “facebook”-da bir neçə müzakirə gördüm. Tələbəlik dönəmində üstü toz başmış xatirələrim oyandı. Müzakirələri aparanlar “dindən imtina edən” “...ist”-lər idi. O qədər gülmüşəm ki! Gözünüz aydın. Sən demə “Məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqadər kampaniya”ya əks olaraq alternativ “Məktəblərdə hicaba yox” kampaniyacığı yaradılıb. Ancaq virtual aləmdə. Hətta bununla bağlı bir imzatoplama səhifəsi də (“Petition”) yaradılıb. Sayları da barmaq hesabıdır.

Yüz minin qarşısına yüzlə, minlə çıxmaqdansa susmaq daha məntiqli və uğurlu addımdır. Sadəcə gərək bacarasan vaxtında bunu dərk etməyi və özünü saxlamağı.

Əslində bu “...ist”lərin də kampaniyadan danışması özü bir daha imzaların uğurundan xəbər verir. Əgər bir şeyə qarşı əks-təbliğat başlayıbsa, deməli o şey artıq baş tutmaqdadır. Baş tutmayan şeyə qarşı əks-təbliğat olmaz ki?!

“Facebook”-da “Yüz min imza” ilə bağlı anti-kampaniya müzakirələrində maraqlı nöqtələr görmüşəm. Əgər bir nəfər kampaniyaya dil uzadırsa, 4-5 tanımadığımız insan kampaniyanın müzakirəsinə qalxır. İnsanlar öz dəstəklərini verirlər. Onların haqsız olduqlarını, hicablı qızların da oxumaq haqlarının olduqlarını bildirirlər. Dəhşətdir. Mən bu cür vəhdət görməmişdim, “face”də. Kampaniya başlananda da deyilmişdi ki, bu birləşdiricidir. Vəhdət yaradacaq. Elə də olur. İnsan haqları tərəfdarları, dostluğa, sülhə, vəhdətə səs verənlər kampaniyanı dəstəkləyir, müdafiəsinə qalxır.

Diqqət, tarixə!

Anti-hicab kampaniyasını aparan bu “...ist”-ləri gördükcə insan heç təəccüblənmir. Tarixdə elə bir hadisə olmayıb ki, kimlərsə iş görsün və ona qara yaxmağa çalışmasınlar. Bu toplumun fitrətində var, deyəsən. Bütün iş görən insanlara qarşı həmişə qıcığı olan adamlar olub. Vaxtilə toplum Qalileyin “dünya fırlanır” fikrinə, Nəsiminin qəzəllərinə dözə bilməyib. Minlərlə belə səbəb saymaq olar. Yəqin, hətta ibtidai icma qəbilələri qoyun ovlayıb gələn mağara adamına da bir “mız” qoyublar. Bu qoyunun yunu belədir, gözü elədir və s.

Amma, maraqlı bir nöqtə var. İmam Kazim (ə) deyir ki, əlindəki qoza xalq "incidir" desə, sənə bir faydası olmaz; çünki sən onun qoz olduğunu bilirsən. Əlindəki inciyə də xalq "qozdur" desə, sənə bir zərəri olmaz; çünki sən onun inci olduğunu bilirsən. Əsas məsələ əlindəkinin inci olduğuna əmin olmaqdır. Əgər əminsənsə, kim nə deyir desin. Yola davam etmək gərək.

Sonda bir nöqtə

Bir maraqlı nöqtəni də qeyd edim. İndi kampaniyaya dəstək olanlar, illərdir bu məmləkətdə islam, mənəviyyat, vicdan, qeyrət, sülh mübarizəsi aparanlardır. Nardaran ağsaqqallarının müstəqillik dönəmində kövrək İslam üçün etdiklərini, Qəzza hadisələri vaxtı “20 yanvar günü” paytaxtın mərkəzində “Qəzza hadisələrinin” səbəbkarlarının yanında dindarların sərgi keçirmələrini, talassemiya xəstələrinə qan verən dindarlarımızın fədakarlıqlarını və ölkənin onlarla ilahiyyatcı-alimlərinin, ruhanilərinin əməkləri necə inkar etmək olar?! Bu gün kampaniyaya sahib çıxan başımızın tacı olan ruhanilərimizin mübarək dəstəkləri, bərəkətələri nəticəsində Allah da lütf edir.

Başımızın tacı olan ruhanilərimizin yəqin, o vaxt da fədakarlıq edən də, dinləri üçün özlərini unudan da, zəhmət çəkəndə də biriləri dindən çıxıb, hicabı danıb, onların əlindəki inciyə qoz deyib. Həmin bu ”...ist”-lərin indi etdiyi kimi. Ancaq onlar əllərindəkinin inci olmasını yəqin biliblər. Və yollarına davam ediblər.

İndi isə vəziyyət başqadır. İndi əldəki inciyə heç kəs qoz demir. Hamı elə inci deyir.

Bir halda hamı başa dürür ki, bu incidir, deməli kampaniya daha uğurlu alınacaq. Deməli, hər imza bu inciyə bir naxış olacaq. Bir yaraşıq verəcək.

Əgər yüz min imza toplanırsa, deməli, toplumun sadə insanları da inkişaf edib. Yüz min imza - yüz min incişunas deməkdir. Yüz min qozu incidən ayıra bilən deməkdir. Yüz min düşünən deməkdir.

Bunun qarşısında dözünsüzlük göstərən “...ist”lər – dinindən Balaşsayağı imtina edənlər üçün dua etməkdən başqa əlacımız qalmır. Hüquqdan və azadlıqdan danışanlar mövzu hicab olanda nədənsə özünü o cür aparmır. Sadəcə incini qoz kimi görmək istəyir və elə də görür. Bəs insan haqları harada qaldı? Bəs, liberalizim? Bəs, başqasının fikrinə hörmət? Bəs, qanunlar? Axı, dinlə düşmənçilik bu qədərmi insanın gözünü bağlayır ki, hətta başqa vaxt müdafiə etdiyin dəyərlərə də qarşı çıxasan?! Bunun adı dözümsüzlükdür. Məsələ bu qədər sadədir.

Ancaq xalqın gözü tərəzidir. Yüz min incini bir çürük qozdan ayıra bilir. Bunun üçün incisünas olmaq da lazım deyil. Sadəcə istəmək və iradə bəs edir. Allah bizi inci tanıyanlardan eləsin, inşəallah. 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib