DAVAM EDİR 37 DAHA GƏRGİN DAHA CİDDİ

Hacı Talenin məhkəməsi keçirilib

  • News Code : 253915
  • Source : islam-azeri
Proses Xətai Məhkəməsində qapalı şəraitdə keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün "Hicaba azadlıq!" aksiyası ilə bağlı həbs edilən ilahiyyatçı Hacı Tale Bağırov və Elşən Abbasovun məhkəmə prosesi keçirilib.

Məhkəmə istintaq müddətinin artırılması üçün keçirilib.

Prosesdə ittihamçının 2 ay istintaq müddətinin artırılması istəyi təmin olunub.

Hacı Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur.

Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına gönrərilib.

Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur.

Hacı Talenin vəkili İntiqam Hacıyev məhkəmədən sonra bildirib ki, proses zamanı hakim vəkilə Hacı Talenin ayağa durmamasıyla bağlı deyib: "Sən ona arada təlim keç". Vəkil isə hakimə: "Mən özüm ruhani olan Hacı Taledən çox şey öyrənirəm. Sənə də məsləhət görürəm bu cür edəsən".

Qeyd edək ki, Hacı Tale məhkəmədən çıxarkən "Mübarizə davam edir. Zillət bizdən uzaqdır!" deyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib