ANTİİSLAMAFOBİYA HƏRAKATI

HHQM MK və tələbələr konfrans keçirdi

  • News Code : 239037
  • Source : ABNA - xəbər agentliyi
İlk öncə söz Azərbaycandan yenicə qayıtmış türkiyəli Hacı Bülent Əminoğluya verildi. O İslam partiyasının rəhbəri Hacı Mövsümün necə uzaqgörən,əxlaqlı, qabiliyyətli, şücaətli və ictimai bir insan olduğundan söhbət açdı.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aprelin 28-i, saat 17:00-da İmam Xomeyni adına Ali Mədrəsədə Qumda təhsil alan Azərbaycanlı tələbələrin və “ Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə komitəsinin” təşəbbüsü ilə “Azərbaycan Respublikasında ictimai-siyasi, dini vəziyyət” adlı konfrans keçirilib. Bu konfransın əsas mövzusu illərdən bəri mərhələli şəkildə İslama – şiəliyə qarşı yönəldilmiş siyasət oldu. Əvvəl azan qadağası, sonra şəxsiyyət vəsiqəsində örtüklü şəkillərin yasaqlanması, məscidlərin sökülməsi, indi də hicab qadağası.

Bunlar ilk öncə məktəbləri bəhanə edirlər. Tədricən ali məktəblər, iş yerləri, daha sonra küçə və xiyabanlar, ictimai yerlər hədəfə alınacaq. Bunun örnəyini biz İranda, Şah zamanında, Misir və Tunisdə görmüşük.

Konfrans Məşhədi Anarın Quran tilavəti və İmam Zamanın (ə) fərəc duası ilə başladı.

İlk öncə söz Azərbaycandan yenicə qayıtmış türkiyəli Hacı Bülent Əminoğluya verildi. O İslam partiyasının rəhbəri Hacı Mövsümün necə uzaqgörən,əxlaqlı, qabiliyyətli, şücaətli və ictimai bir insan olduğundan söhbət açdı.

Daha sonra HHQM MK üzvlərindən Hacı Nəsimi Əsgərov və Kərbəlayi Xəlil İsmayılov çıxış etdilər. Onlar bu komitənin və Mübariz Ruhanilər Cəmiyyətinmin yaradılmasının əsas səbələrindən danışdılar.

Hər bir dində ruhaninin vəzifəsi Allahın qoyduğu qayda-qanunları təbliğ etmək və bu barədə insanları marifləndirməkdir. Bu marifləndirmə müxtəlif yollarla ola bilər. Komitə Almaniya, Ukraniya, Rusiya və bir sıra başqa ölkələrdə nümayəndəliklər açmış və bir sıra fəaliyyətlər həyata keçirmişdir. Komitənin Hicab.org sayıtı fəaliyyətdədir.

Daha sonra Hacı Elçin cəmiyyətdəki etirazların səbəblərindən danışdı. Bildirdi ki, cəmiyyət və insan o zaman etiraz edir ki, onun hüquq və azadlıqları əlindən alınır.Tarix boyu buna şahid olmuşuq və hal-hazırda da bunun örnəyini şərqdə görürük. Daha sonra məscidlərin sökülməsindən, tikintilərinin dayandırılmasından və bunun müqabilində sinaqoq və ya yeni kilsələrin tikilməsi, onlar üçün yeni ərazilərin dövlət tərəfindən ayrılmasından danışdı.

Daha sonra Məşədi Orxan Məmmədov gözəl çıxış edərək, ABŞ- ın təşkilatçılığı ilə Rio- de Janeyroda və Qahirədə keçirilən konfranslardan danışdı. Bildirdi ki, o konfranslarda təsdiq olunan layihələr bu gün Azərbaycanda həyata keçməkdədir. Bu gün Azərbaycanda milli-dini ruh yüksəkliyi yox dərəcəsindədir və bu sahədə maarifləndirmə aparılmır. On mindən artıq qan analiz üçün Amerikaya aparılıb və bu barədə kimsə məsələ qaldırmır.

Bu gün şərqdə baş verən hadisələr onu göstərir ki, biz öz haqqımızı və dinimizi qorumalıyıq. Əgər bu gün biz haqqımızı və hüquqlarımızı tələb edə bilmiriksə, sabah orada olan hadisələr bizim də başımıza gələ bilər.

Çıxışlardan sonra bəyanat oxundu. Bildirildi ki, Azərbaycanda haqqsız həbs olunan ruhanilər dərhal azad olunmalıdır. Sonda Fatimeyi-Zəhranın (sə) şəhadəti ilə əlaqədar rozə oxundu və məclis sona çatdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib