ƏLİYEVLƏRİN HİCABOFOBİYA SİYASƏTİ

HİCABA GÖRƏ DƏRSƏ BURAXILMAYAN 1-ci SİNİF ŞAGİRDİ HƏLƏ DƏ TƏHSİLDƏN KƏNARDA QALIB

  • News Code : 237954
  • Source : mediaformABNA- xəbər agentliyi
Sumqayıtdakı 33 saylı orta məktəbin 1-ci sinif şagirdi Seyyidə Sevinc Əhmədova martın 31-dən təhsildən kənarda qalıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sumqayıtdakı 33 saylı orta məktəbin 1-ci sinif şagirdi Seyyidə Sevinc Əhmədova martın 31-dən təhsildən kənarda qalıb.

Seyyidə Sevinc Əhmədova müxalif İctimai Palatanın üzvü Seyyid İbrahim Əhmədzadənin qızıdır. 1-ci sinif şagirdini məktəbdən onun atası həbs edildiyi gündən məktəbdən kənarlaşdırıblar.

Müxalifətin etiraz aksiyalarında fəallıq göstərən Seyyid İbrahim Əhmədzadə 2 aprel mitinqi ərəfəsində, martın 31-də tutulub Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 7 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilmişdi.

Seyyidə Sevinc Əhmədovanın məktəbdən kənarlaşdırılmasını 33 saylı orta məktəbin rəhbərliyi onun dərsə hicabla gəlməsi, valideynləri isə özlərinin müxalif mövqeyi ilə əlaqələndirirlər.

Məktəbin tədris hissə müdiri Mahirə xanım aprelin 21-də “Media forum” saytına kobud şəkildə Təhsil Nazirliyinin və orta məktəbin nizamnaməsini pozaraq şəxsi istəyi kimi qanunu təhrif edərək deyib ki, Təhsil Nazirliyi şagirdlərin dərsə hicabla gəlməsinə yasaq qoyub, Seyyidə Sevincin valideynləri isə nazirliyin bu qərarına əməl etməyərək övladlarının təhsilində süni problem yaradıb: “Təhsil Nazirliyinin və orta məktəbin nizamnaməsində məktəbdə hicaba qadağa çox aydın şəkildə qeyd olunub. Bu qərar hər kəsə aiddir, valideynin müxalifətçi və ya iqtidar nümayəndəsi olması nə Təhsil Nazirliyini, nə də məktəbi maraqlandırır. Bizi maraqlandıran şagirdin təhsilidir. Seyyidə Sevincin valideynləri isə onun gələcəyini məhv etməkdə davam edir, uşağın başını bağlayaraq evdə saxlayırlar və bunu mətbuata siyasi təzyiq kimi təqdim edirlər.

Mahirə xanım sırtıqcasına uşağın hüququnu tapdalayaraq dövləti uşağın öz istəyi ilə başını bağlamaq istəməsinə qadağa qoymasını, uşağın hüququnu tapdalamaq kimi dəyərləndirməyərək, lakin uşağın valideynlərinin öz uşaqlarının istəylərini həyata keçirtmələrini isə qızlarının haqqını pozması kimi önə çəkərək demişdir: Özləri də çox yaxşı bilirlər ki, biz həmin şagirdin digər bütün şagirdlər kimi hicabsız məktəbə gəlməsini, müəyyən savada yiyələndikdən sonra yalnız öz istəyi ilə başını bağlamasını istəyirik. Bu onların qızının haqqıdır və bu haqqı valideynləri belə ondan ala bilməz. Neçə dəfə onun valideynləri ilə danışıb izah etmək istədik ki, qızları 7 yaşlı körpə uşaqdır, onun başı bağlana bilməz. Bilirsiniz, onların evinə gedən müəllimə deyir ki, 4 yaşlı qız övladlarının da başını bağlayıblar.

Heç İran İslam Respublikasında bu hala rast gəlinmir. Bu valideyn bizdən nə istəyir? Öz övladlarının gələcəyinə acısınlar, uşağın gələcəyi ilə belə oynamaq olmaz. Qız hicabını açaraq məktəbdə təhsilini davam etdirə bilər”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib