DÜNYA XALQLARININ AZƏRBAYCANDAKI ANTİİSLAMÇILIĞA QARŞI NİFRƏTİ

TÜRKİYƏDƏ AZƏRBAYCANDAKI İSLAMAFOBİYA PİSLƏNDİ + FOTO

  • News Code : 230065
  • Source : velfecr/azadxeber/faktxeber
Mərkəzi ofisi İngiltərədə yerləşən İslami İnsan Haqqları Komissiyası (İslamic Human Rights Commission) tərəfindən keçirilən konfrasda, ABŞ, Kanada İndoneziya, Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Malaziya, İran, İngiltərə, Almaniya, Fransa, Cənubi Afrika və Türkiyədən olan hüquq müdafiəçiləri, Azərbaycanda hökm sürən İslamofobiyanı qətiyyətlə pisləyib və orta məktəblərdə hicaba qoyulan qadağanın Azərbaycan hökuməti tərəfindən aradan qaldırılmasını istəyiblər

Əhli Beyt –ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda orta məktəblərdə hicabın qadağan olunmasına və ölkənin nüfuzlu ruhanilərinin həbs olunmasına etiraz əlaməti olaraq, Türkiyənin İstanbul şəhərində böyük konfrans keçirilib. Mərkəzi ofisi İngiltərədə yerləşən İslami İnsan Haqqları Komissiyası (İslamic Human Rights Commission) tərəfindən keçirilən konfrasda, ABŞ, Kanada İndoneziya, Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Malaziya, İran, İngiltərə, Almaniya, Fransa, Cənubi Afrika və Türkiyədən olan hüquq müdafiəçiləri, ruhanilər və təşkilat rəsmiləri iştirak edib.

Azərbaycandan “İslam maarifində tədqiqat” mərkəzinin direktoru Hacı İlham Əliyev: Azərbaycanda nüfuzlu ruhanilərdən olan Hacı İlham Əliyev insanların zəlalətə uğramasının səbəbin Tovhiddən kənar düşmələrindən irəli gəldiyini bildirib. "Kim ki tovhiddən kənar düşsə, bilməlidirki tağuta baş əyib. ikinci yol yoxdu, ya tovhidi seçəcək, yada tağuta qul olacaqdır. Yalnız Tovhidi dərk etməklə hicabı dərk etmək olar. Hicabın ictimai fitnə-fəsadın qarşısını almaqda böyük rolu var. Allah ona görə hicabı vacib buyurub. Əgər bu gün hicabla düşmənçilik aparılırsa, bu həqiqi mənada Allahla düşmənçilik etmək deməkdir. Allahın buyurduğu qayda-qanundan kənara çıxmaq, Allaha qarşı açıq aşkar cihad elan eləmək deməkdir."- Hacı İlham deyib.

Azərbaycandan "Yeni Şərq" araşırmalar mərkəzinin eksperti Hakim Əlizadə özü haqda tədbir iştirakçılarına məlumat verdikdən sonra bildirib ki, Azərbaycanda hicab qadağası dindarların kütləvi həbsi haqda məlumatı, Asiyadan Qəzzaya aparılan yardım karvanında olarkən eşitdib. O bildirib ki, "Təbiidir ki, bu qərarı eşitdik də çox narahat oldu. Məni ən çox narahat edən məqamlardan biri isə karvandakı bütpərəst ölkələrdən olan vətəndaşların mənə verdikləri suallar idi. Mən onların "məgər Azərbaycan müsəlman ölkəsi deyilmi?" sualları qarşısında yalnız sükut edə bilirdim. Bizim 20 ölkədən, 160 insandan ibarət olan karvanda, gəmi ilə yalnız 8 nəfər Misirdən Qəzzaya keçə bildik. Biz ora ölümü gözə alaraq getmişdik, ama Azərbaycandan bu olaylarla bağlı gələn xəbər mənə ölməkdən də artıq oldu. Artıq ölüm haqda düşünmürdü. Məni onda yalnız bir sual maraqlandırırdı. "Niyə görəsən Azərbaycanda belə hallar yaşanır?" Ama əzizdərim Misir sərhədində mənə qarşı edilən təzyiqləri gördüm və ordan qayıtdıqdan sora heç iki həftə keçmədi ki, Misirin Fironu çökdü. Çünki bir hakimiyyətin zülmlə idarə olunması mümkünsüzdür. Çünki ölkə başçısı xalqa xidmət əvəzinə, kimlərəsə xidmət edirdi. Bütün hakin qüvvələr bu diktatorlardan ibrət almalıdırlar. İbrət almayanların sonu isə Mübarək kimi olacaq".

Azərbaycandan "Azərbaycan İslam Partiyası"-nın Qadınlar cəmiyyətinin üzvü Südabə İbrahimli isə bildirib ki, İslam dinini bizlərə Allah əmanət verib. "Allahın bizlər üçün seçib bəyəndiyi İslam dininin vacib əməllərindən biridə hicabdır. Bu hicabı kafirlər, İslam düşmənləri bizim əlimizdən ala bilməyəcəklər. Bu İslam düşmənləri bizim məscidlərimizi dağıtdılar, Quranımızı yandırdılar, indidə hicabımıza əl atırlar. Ey mənim qardaşlarım and olsun Allaha qiyamət günü bizdən soruşulacaq. "Hanı sizlərə əmanət etdiyimiz İslam? Hanı sizlərə əmanət etdiyimiz Quran?" Sizlər gərək bizim hicabımızı qoruyasınız. Bir xanımın hicabına əl uzadılırsa gərək siz bu əlləri kəsəsiz. Allahdan qorxanlar heç nədən qorxmaz. Bizim dinimizdə qorxaqlara yer yoxdu. Çünki bilməliyik ki bu dinin silahı var. Adı Qurandır. Bu dinin sahibi var. Adı Allahdır. Allah qarşısında dayanmağa heç kimin gücü çatmaz. Bu gücə arxalanaraq mübarizə aparmaq lazımdır".

Qeyd edək ki, xarici və yerli qonaqların iştirakı ilə İstanbul şəhərində yerləşən "Akgül" otelində keçirilən tədbir, 5 saat davam edib. Tədbir zamanı hüquq müdafiəçiləri və təşkilat rəsmiləri Azərbaycanda hökm sürən İslamofobiyanı qətiyyətlə pisləyib və orta məktəblərdə hicaba qoyulan qadağanın Azərbaycan hökuməti tərəfindən aradan qaldırılmasını istəyiblər. Həmçinin Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədovun və ölkənin nüfuzlu ruhanisi Zülfüqar Mikayılzadənin günahsız yerə həbs olunduğunu və bu üzdən azad olunmasını da tələb ediblər. Konfransda iştirak edən xarici qonaqlar isə aşağıdakılar olub:

1.Elçin Əliəkbərov (Kiev İslam Mədəniyyət Mərkəzi)

2.Rizvan İsmayılov (Gürcüstan İslam Alimləri Birliyinin üzvü)

3.Məqsud Cavadov (Kanada Müasir İslami Düşüncə İnstitutu)

4.Faiq Vəlizadə (Azərbaycan Hicab və Məhbuslarla Həmrəylik Komitəsinin rəhbəri)

5.Südabə İbrahimli (Azərbaycan İslam Partiyası Qadınlar Şurasının nümayəndəsi)

6.Abgül Süleymanov (Milli Mənəvi Dəyərlər İctimai Birliyi qurucusu)

7.Ramin Bayramov (azərbaycanlı Jurnalist)

8.İlham Əliyev ("İslam Maarifində" Elmi Araşdırmalar Mərkəzinin rəhbəri)

9.Nicat Əliyev (azərbaycanlı jurnalist)

10.Massoud Shadjareh (İslami İnsan Haqqları Komitəsinin rəhbəri)

11.Məhəmməd əl Üsyankar (Vaşinqton İslam Mərkəzinin rəhbəri)

12.Mohiden Əbdülqədir (Malayziya İnsan Haqqları Dərnəyinin rəhbəri)

13.Faiq Miftari (Kosova İslam Forumu)

14.Fuad Ramiqi (Kosova İslam Forumu)

15.Hakim Əlizadə ("Yeni Şərq" Araşdırmalar Mərkəzinin rəsmisi)

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib