İslam və Sağlamlıq

İslam və çörək - ürəyi qoruyur, xərçəngin qarşısını alır

  • News Code : 769085
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

İmam Sadiq (əleyhi səlam) buyurub: “İnsan anatomiyası çörəy üzərində qurulub.” Usul Kafi cild 6 səh 286

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, çörəyin İslam Dinində özünə məxsus yeri vardır. Belə ki, Məsumlar çörəy haqda buyurublar:

1. Çörəy həyat mənbəyidir

İmam Sadiq (əleyhi səlam) şagirdi Müfəddələ buyurur: Ey Mufəddəl! Bil ki, insan həyatının dolanışığını iki əsas şey ehtiva edir. Çörəy və su.

Biharul Ənvar Beyrut çapı cild 3 səh. 86

2. Ən yaxşı xörək

Həzrəti Rəsulləlah (səlləllahu əleyhi və alih) buyurub: “Sizin ən yaxşı xörəyiniz çörəy və ən yaxşı meyvəniz üzümdür.”

Müstədrəkul Vəsail cild 16, səh. 393.

3. İnsan bədəni və çörəy

Çörək insan həyatında ən lazımlı məsələlərdən biridir. Belə ki, həzrət Əli (əleyhi səlam) Musa peyğəmbərin (əla nəbiyyina və alihi və əleyhi səlam) çörəy yeməməzliy üzündən pis vəziyyətə düşdüyünü və Allahdan ona çörəy yetirməsini tələb etdiyini deyir.
Həzrət Əli (əleyhi səlam) buyurur: “Musa (ə) ərz etdi: Pərvərdigara! Mənə əta edəcəyin bütün yaxşılıqlara möhtacam”. Daha sonra həzrət Əli (ə) buyurdu: And olsun Allaha! Musa (ə) Allahdan aclığını aradan qaldırmaq üçün yalnız bir tikə çörəy istəmişdir. Çün ki, Musa (ə) ancaq göyərti yediyi üçün bədənindəki ətlər əriyib (dərisi sümüyünə yapışmışdır) və yediyi göyərtilər onun dərisinin altından görsənirdi.

Nəhcül Blağə Mərhum Ustad Dəştinin tərcüməsi səh 299

İmam Sadiq (əleyhi səlam) buyurub: “İnsan anatomiyası çörəy üzərində qurulub.”

Usul Kafi cild 6 səh 286

Amma məlumdur ki, sağlam şəkildə qidalanmaq üçün mütləq tamdənli çörəkdən istifadə edilməlidir. Müasir dünyamızda çörəy çoxlu problemlər il üzləşməli olub. Əslində zəhər olan adi ağ çörəy təsüflə tamdənli çörəklə əvəz edilir.

Adi çörəkdən fərqli olaraq tamdənli çörəkdə taxılın bütün faydalı xüsusiyyətləri- vitaminlər, minerallar, qidalı liflər, antioksidantlar və s. faydalı maddələri saxlanılır.

Müasir alimlər də tamdənli çörəyin çox faydalı, müalicəvi məhsul hesab etmək məcburiyyətindədir. Çoxsaylı araşdırmalar göstərib ki, tamdənli çorəyin qəbulu ürək-damar sisteminin, xərçəngin, şəkərli diabetin riskini azaldır, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.

Qidalı liflərlə zəngin olan tamdənli çörək bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir.

Həmçinin belə çörək bədən çəkisinə nəzarət edən insanlar üçün uyğundur. Mürəkkəb karbohidratlarla zəngin olan tamdənli çörək insanda tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Prophet's birthday celebrations
We are All Zakzaky
conference-abu-talib