İslam və Sağlamlıq

Saçların tökülməsini və kəpəkin qarşısını almaq üçün nə etməliyik? - Foto

Saç tökülməsinin qarşısını alan məsləhətlər: Günahdan uzaq olun...

  • News Code : 733404
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Allahın (Cəllə Cəlaluh) Rəsulu (səlləllahu əleyhi və alih) buyurub: “Saçlarınıza xına qoyun. Çünki, bu iş gözün işıqlandırıması üçün olduqca faydalıdır, (tökülmüş) saçları (yenidən) çıxardır, bədəni xoşətirli edir və kişinin qadınına (ruhi) təskinlik verir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Şübhəsiz ki, İslma Dini bəşəriyyətin bütün ehtiyaclarını ödəyə biləc bir dindir. İnsanın ibadi, siyasi, iqtisadi, ictimai, ailə və hətta fərdi məsələlərinə diqqət yetirən və bunların düzgün həyata keçirilməsi üçün qanunlar və yollar qoyan İslam Dini ilk növbədə insanın sağlamlığına da önəm verir... Hətta xalq təbabətimiz belə İslam Dinindən qaynaqlanır.

Bu günkü qısa araşdırmamızda çalışacağıq ki, Əziz İslam Peyğəmbəri Həzrəti Muhəmməd ibn Əbdullahın (səlləllahu əleyhi və alih və abaih) və Onun Pak Əhli Beytinin (əleyhimus səlam) sünnəsində saç tökülməsinin və kəpək salınmasının qarşısın necə almaq olar? Məsələsin aydınlaşdıraq.

Qeyd edək ki, hər zamankından fərqli bir tökülmənin qaynağı bəzi xəstəliklər ola bilər. Bunların sırasında immunitet sistemindəki problemlə ortaya çıxan xəstəliklər, tiroid vəz xəstəlikləri, dəmir əskikliyi, stress və genetik xəstəliklər, qadınlarda hormonal  pozğunluq, kifayət qədər qidalanmamaq, uzun müddət saxlanan az kalorili pəhrizlər daxildir. Aşağıda qeyd edəcəyimiz hədisi şəriflər bütün bu çatışmamazlıqların aradan qaldırılması üçün bir iksirdi.

 

Ancaq müəyyən hissələrdə tökülmə varsa nə etməliyik?

Müasir tibbin nəzərində saç tökülməsinin səbəbi nə olur olsun qarşısı alına bilər, ancaq itirilən saçı hər zaman geri qaytarmaq mümkün deyil. Məsələn, bədəndə dəmir çatışmazlığı və qansızlıqdan qaynaqlanan saç tökülməsinin qarşısını almaq olar, ancaq itirilən saçı geri qaytarmaq mümkün deyil. Əgər saç tökülməsi normaldan daha çox, xüsusən də bəlli bir bölgələrdə daha çox yaşanırsa, hamamda, yastıqda tökülən saçların miqdarında artım varsa və bu hal 3 aydan çox davam edirsə, hər əlinizi atdığımızda 3-4 tel qopursa, mütləq həkimə getmək lazımdır.

Lakin İslam Təbabəti isə, bu nəzəriyyəni tam sürətdə rəd edir. Və insanın düzgün və təbii məhsullar ilə qidalanması günahdan uzaq olması sayəsində bütün bunların bərpa edilməsinə zəmanət verir.

 

Tökülmüş saçları yenidən necə bərpa etmək olar?

Allahın (Cəllə Cəlaluh) Rəsulu (səlləllahu əleyhi və alih) buyurub: “Saçlarınıza xına qoyun. Çünki, bu iş gözün işıqlandırıması üçün olduqca faydalıdır, (tökülmüş) saçları (yenidən) çıxardır, bədəni xoşətirli edir və kişinin qadınına (ruhi) təskinlik verir.”

(Mənbə: Əl-Kafi, cild. 6, səh. 483, hədis. 4.)

 

İmam Rza (əleyhi səlam) buyurub: “İncil, ağzın pis qoxusun aradan aparır, dişləri və sümükləri möhkəmləndirir və (tökülmüş) saçları (yenidən) çıxardır.”

(Mənbə: Vəsailu Şiə, cild. 17)

 

Kəpəkin qarşısını almaq üçün nə məsləhət görülür?

İmam Sadiq (əleyhi səlam) buyurur: “Gülxətmi çiçəkinin suyu ilə başı yumaq başağrıları sağaldar, fəqirliyi (kasıbçılığı) aradan qaldırar və başı kəpək salmaqdan təmizləyər.”

(Mənbə: Səvabul Ə`əmal, səh. 36, hədis 1.)

 

Nə üçün insanın başında saç bitir?

İmam Sadiq (əleyhi səlam) buyurub: “Saç insanın başında ona görə bitir ki, beyinə lazımı miqdarda yağ çatdırsın, həmçinin tükün dibindən beyndəki buxar, istilik və soyuqluğu çölə çıxartsın.”

(Mənbə: İləlul Şərai, cild. 1, səh. 100-101.)

 

Faydalı məsləhətlər. Hansı işləri etməliyik?

Saç diblərinin masaja ehtiyacı var. Hər gün 3 dəqiqə saç diblərini masaj edin.

Yarım qəhvə fincanı soya yağı, iki xörək qaşığı badam yağı, bir çay qaşığı dəniz duzu, bir çay qaşığı alma sirkəsini əridin. Qarışımı saç diblərinə sürtüb masaj edin. Sonra streç sellofanla sarıyıb iki saat saxlayın.

Saç diblərini, saçları bal və yumurta sarısı ilə masaj edin. Başınızda yarım saat saxlayın.

2-3 həftə boyunca hər yeməkdə bir stəkan suya bir çay qaşığı alma sirkəsi qarışdırıb için.

Saçlarınızı qidalandırmaq üçün alma sirkəsi və adaçayını qarışdıraraq saçınızı bu qarışımla durulayın.

İsti zeytun yağı, bal və 1 çay qaşığı toz halında darçını qarışdıraraq hamama girmədən əvvəl 15 dəqiqə boyunca bunu saçlarınızda saxlayın. 

Saçlarınızın azaldığı qisimləri qızarana qədər soğanla ovun, ardından da bal sürtün.

1 fincan xardal yağını 4 xörək qaşığı xına yarpağı ilə qaynadın. Süzdükdən sonra qalan suyu bir şüşəyə doldurun və saç dərinizə müntəzəm olaraq bununla masaj edin.

Nələrdən çəkinməliyik?

Saçı yuyarkən və darayarkən tökülməsi normaldır. Ancaq durduğunuz yerdə hər əlinizi atdığınızda saç tökülürsə, dediklərimizi edin.

Yaxşı yatın.

Qırmızı ət və bol taxıl məhsulları yeyin. 

Saçlarınızı kimyəvi boyalar ilə rəngləməyin!

Saçları çox fenləmək saç dibinə zərər verir.

Saçı çox sıx yığmaq da yanlışdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Prophet's birthday celebrations
We are All Zakzaky
conference-abu-talib