İslam və Sağlamlıq

Paltar sabununun effektiv faydaları – Bu sabundan istifadə etmək sağlamlığınıza zəmanətdir

  • News Code : 732621
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Böyük İslam Peyğəmbəri həzrət Muhəmməd ibn Əbdullah (səlləllahu əleyhi və alih ) buyurub:
غَسلُ اِلاناءِ وَ طَهارَةُ الفِناءِ يورِثانِ الغِنى؛
Qabları yumaq və həyəti təmizləməkin hər ikisi insanı varlı edər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İslam dini paklığa diqqət yetirdiyi kimi heç bir din və məktəb bu həddə diqqət yetirmir. Hətta təmizliyə riyaət etməki həm maddi həm də mənəvi varlı olmasına bir başa təsir göstərən amil kimi açıqlayır.

Belə ki, Böyük İslam Peyğəmbəri həzrət Muhəmməd ibn Əbdullah (səlləllahu əleyhi və alih ) buyurub:
غَسلُ اِلاناءِ وَ طَهارَةُ الفِناءِ يورِثانِ الغِنى؛

Qabları yumaq və həyəti təmizləməkin hər ikisi insanı varlı edər.
(Nəhcül Fəsahə səh. 584 hədis 2031)

Bir vaxtlar bütün evdar qadınlarının əlinin altında “paltar sabunu” olardı. Onlar bu sabundan təkcə paltar yumaq üçün istifadə etməzdilər. Əgər bu möcüzəvi vasitə sizdə yoxdursa, o zaman qəpik-quruşa olan bu sabunu tezliklə əldə etməyinizi sizə də məsləhət görürük.

Aşağıda verəcəyimiz məsləhətləri ağlınızın bir köşəsinə yazın. Çünki bir nəslin insanları məhz bu vasitədən mütəmadi olaraq istifadə ediblər.

1. Əgər uzun və sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsənsə, o zaman “paltar sabunu”ndan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə et, daha sonra isə saçlarına sabun vur. Sabunu saçlarınızdan yuyun və son olaraq, suya 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalayın. Bu üsul həm də yağlı saçları olan insanlar üçün faydalıdır.

2. Depilyasiyadan sonra dərinizdə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə “paltar sabunu” sürtün.

3. Heç olmasa həftədə 2 dəfə bu sabunla yuyunun. Bu, dərinizin cavan qalmasına yardım edəcək. Yuyunduqdan sonra üzünüzə uşaq kremi vurun. Belə yuyunmaların effekti əvəzolunmazdır.

4. Duş qəbul etməyi sevənlər üçün məsləhət. Buxarda yumşalmış cildinizi bu sabundan hazırlanmış suya kisəni batıraraq sürtsəniz, cildinizdəki məsamələrə dolmuş çirklər tamamilə təmizlənər.

5. Soyuqdəymənin ilk əlamətlərini hiss edərkən, bu sabunu çox az həddə əridib, suya qatın. Pambıqdan düzəldilmiş tampona batırıb, burun dəliklərinə yerləşdirin. 

6. Bu vasitə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə alır. Zədələnmiş yeri sabuna batırılmış diş fırçası ilə yaxşı-yaxşı təmizləyin, daha sonra həmin yeri yodlayın. 

7. Diş fırçanızı bu sabunla yuyun və bir qat sabun üzərində qalmaq şərtilə gecədən səhərədək saxlayın. O, bütün mikrobları məhv edəcək.

8. Şişın yatması üçün, eləcə də göyərmiş yerlərinizi bu sabundan hazırlanmış məhlul vasitəsilə sürtün. Bu prosesi gündə 2 dəfə etmək məsləhətdir.

9. İrinlənmiş yerə yatmazdan əvvəl 1:1 nisbətində rəndələnmiş soğan, paltar sabunu və şəkər tozunu qarışdırıb maz şəklinə salırsınız və sürtüb, bintləyirsiniz.

10. Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı sürtülmüş paltar sabununu qarışdırıb “vanna” edirsiniz.

11. Günəşdən yanan cildinizə “paltar sabunu” sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və uçuqlamasına imkan verməyəcək.

12. Dərinin yağlanması əleyhinə bu sabunun super effekti var. 

Diqqət: Bu sabundan hər gün də istifadə etmək lazım deyil, çünki dərini qurutduğundan çox istifadə edilməsi düzgün deyil.

Göründüyü kimi, “paltaq sabunu” kimi tanıdığınız bu vasitə min dərdə çarə ola bilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Prophet's birthday celebrations
We are All Zakzaky
conference-abu-talib