İslam və Sağlamlıq

İslam və südəmər uşağın qidalanma gigiyenası

Nələrə diqqət yetirmək lazımdır

  • News Code : 723746
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Böyük İslam Peyğəmbəri (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) buyurub: Uşaq üçün ana südündən başqa üstün süd yoxdur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İslam Dini bəşəriyyətə lazım olan hər bir sahədə olduğu kimi körpənin dünyaya gəlişindən sonra onu hansı qidalar ilə necə qidalandırılması haqda bizlərə çoxlu bilgilər verib.

Böyük İslam Peyğəmbəri (Allahummə səlli əla Muhəmməd və Ali Muhəmməd) buyurub: Uşaq üçün ana südündən başqa üstün süd yoxdur.

Mənbə: Uyunu Əxbare Reza cild. 2, səh. 34, hədis. 69

İmam Cəfəri Sadiq (əleyhi səlam) buyurub: Uşağa süd verməyin müddəti 21 aydır. Əgər bu müddətdən az uşağa süd verilərsə bu uşağa zülmdür.

Mənbə: Usuli Kafi cild. 6, səh. 40, hədis 3.

Lakin bütün bunlarla yanaşı bəşəriyyət bütün sahələrdə olduğu kimi bu sahədə də, Peyğəmbərlərin göstərişləri sayəsində bir çox dəyərli təcrübələr əldə etmişdir…

Südəmər uşağın yeməyini ayrı bişirmək lazımdır. Südəmər uşaq azca böyüyen kimi (bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidi. Böyüklərin yeməyi südəmər uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun olurlar, onların xəstə görkəmi olur. Ana uşağa "lazım olan hər şeyi" verməsinə baxmayaraq uşaq pis inkişaf edir. Bu da ananı narahat edir. Südəmər uşağın orqanizmi əzilməmiş və ya lazımınca əzilməmiş qidanı cox pis həzm edir. Bu cür qida bağırsaqlardan olduğu kimi xaric olur və uşaq ac qalır. Südəmər uşağın yeməyini hazırladıqda təmizliyə fikir vermək lazımdı, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər.

Südəmər uşağın qabı ( kasa, boşqab, qaşıq, kiçik ələk, sürtkəc və s.) ayrı olmalıdır. Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər.

Uşağın yeməyini qızdırmaq üçün yemək olan qabı birbaşa ocağa qoymaq olmaz, çünki o cox qızar, yaxud lazım olduğundan çox qatı olar. Uşağın yeməyi tökülmüş kasanı və ya stəkanı su tökülmüş qazana qoyub ocaqda qızdırın. Diqqətli olmaq lazımdır ki, içində yemək olan qaba qazandakı sudan düşməsin. Südəmər uşağı adi cay qaşığı (gümüş tərkibli olsa daha yaxşı olar) ilə yedizdirmək olar.

Südəmər uşağa armudu stəkandan öyrətmək asan olur. Alçaq, enli stəkandan içmək uşaq üçün çətindir. Uşaq armudu stəkandan içməyi yaxşı öyrənənə qədər başqa formalı stəkandan istifadə etmek lazım deyil.

Emallı qabdan da istifadə etmək yaxşıdır. Lakin fikir vermək lazımdı ki, qabın emalı qopmasın, yoxsa uşağın yeməyinə zərərli, toksiki maddələr düşə bilər. " Sınmayan " qabın başqa bir qüsuru da vardır. Bu cür qab sınmadığı üçün uşaq onu atmağa vərdiş edir. Uşağı başa salmaq lazımdır ki, stəkan ya kasanı atmaq olmaz.

Diqqət: Xəbərdənistifadə etdikdə mənbəyə istinadlazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Prophet's birthday celebrations
We are All Zakzaky
conference-abu-talib