Sağlamlıq və İslam

Qarpızın insan sağlamlığına və kosmetikaya olan faydası

İslam Peyğəmbəri (s): Sizi qarpuz yeməyə sifariş edirəm, çünki onda 10 fayda vardır.

  • News Code : 701751
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Qarpız ayrıca enerji hasilatı üçün vacib olan B, B1, B6 vitaminləri, maqneziumun miqdarı baxımından da zəngin bir mənbədir. Böyük hissəsi sudan ibarət olduğu üçün az kalorili olan qarpızın 200 qramında təxminən 50 kalori var.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir.

İslam Peyğəmbəri həzrəti Muhəmməd ibn Əbdullah (səlləllahu əleyhi və alih) qarpızın faydaları haqda belə buyurub:

•    Ümmətimin yazı üzüm və qarpuzdadır.

•    Hər hansı bir hamilə qadın qarpızı pendir ilə yeyərsə övladı xoşsürətli və xoşəxlaqlı dünyaya gələr.

•    Yeməkdən öncə qarpuzun yeyilməsi insanın daxilin təmizləyər və ağrıları aradan qaldırar.

•    Sizi qarpuz yeməyə sifariş edirəm, çünki onda 10 fayda vardır: 1- Yeyinti məhsulu və xörəkdir. 2- (Halal) içkidir. 3- Dişlər üçün dərmandır. 4- Ağızı xoşətirli edəndir. 5- Sidikliki yuyandır. 6- (Daxili) orqanları yuyur. 7- Bel suyunu (spermanı) çoxaldır. 8- Cinsi əlaqəni qüvvətləndirəndir. 9- Bədənin soyuqluğunu aradan qaldırır. 10- Dərini gözəlləşdirəndir.

(Biharul Ənvar, cild. 59, səh. 296)

Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Qarpız ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir.

Qeyd edək ki, 150 qram qarpız gündəlik C vitamini ehtiyacının yüzdə 24,3 faizini, A vitamininə olan tələbatın 11 faizini ödəyir.

Qarpız ayrıca enerji hasilatı üçün vacib olan B, B1, B6 vitaminləri, maqneziumun miqdarı baxımından da zəngin bir mənbədir. Böyük hissəsi sudan ibarət olduğu üçün az kalorili olan qarpızın 200 qramında təxminən 50 kalori var. Bu səbəbdən hər kalori üzrə alınan qidalı maddələrin miqdarı çoxdur. Qarpızın daha bir faydası isə onun yüksək qan təzyiqini aşağı salmasıdır.

Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Bu güclü antioksidant orqanizmdəki sərbəst radikallarla mübarizə apararaq xərçəngdən müdafiə təsiri göstərir.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Prophet's birthday celebrations
We are All Zakzaky
conference-abu-talib