Əqidəvi Suala Cavab

İmam Məhdi cənabları (Allah onun şərafətli zühurunu tezləşdirsin) evlidirmi? Uşaqları varmı?

  • News Code : 412284
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Biz əgər, İslam Dinində evlənməkliyin nə dərəcədə müstəhəb, bəyənilən bir əməl olduğunu və subay qalmağlın hansı dərəcədə qınanıldığını nəzərə alsaq, onda belə bir qənaətə gələ bilərik ki, İmam Zaman həzrətləri (Allah onun şərafətli zühurunu tezləşdirsin) hal hazırda evlidir və uşaq sahibidir.

   Sual:

Salam Əleyküm. İmam Məhdi cənabları (Allah onun şərafətli zühurunu tezləşdirsin) evlidirmi? Uşaqları varmı?

Fatime.

 

   Cavab:

Əleyki Salam və Rəhmətullahi və Bərəkatu

Rəvayətlərdə İmam Zaman cənablarının (Allah onun şərafətli zühurunu tezləşdirsin) Qeybət Dövründə evlənməsi barədə heç bir izah verilmir (yəni nə İmamın evlənməsini və uşaqlarının olmasını təsdiq edir nə də ki, inkar edir). Lakin bəzi hədislər, İmam Məhdi həzrətlərinin (Allah onun şərafətli zühurunu tezləşdirsin) Zühur edəcəyi vaxtda evlənib və uşaqlarının olmasına dəlalət edir.

Amma biz əgər, İslam Dinində evlənməkliyin nə dərəcədə müstəhəb, bəyənilən bir əməl olduğunu və subay qalmağlın hansı dərəcədə qınanıldığını nəzərə alsaq, onda belə bir qənaətə gələ bilərik ki, İmam Zaman həzrətləri (Allah onun şərafətli zühurunu tezləşdirsin) hal hazırda evlidir və uşaq sahibidir. Və bəzilərinin tutuqları irad (evlənməklik, İmam Zamanın həzrətlərinin (Allah onun şərafətli zühurunu tezləşdirsin) Qeybət Dövründə sirrinin ifşa olmasına səbəb olan bir işdir. Belə ki, onun həyat yoldaşı və yaxud övladları İmamın harada olduğunun sirrini aça bilər) yersizdir. Çünki, mümkündür İmam Zaman həzrətlərinin (Allah onun şərafətli zühurunu tezləşdirsin) həyat yoldaşı və övladları, o, həzrətin Xas Naibləri kimi tam iffətli, sirr saxlayan və mömün bir insan olsunlar.

Sonda qeyd etmək istərdik ki, verdiyiniz sual, Üsuli Dindən (Dinin Əsasları) deyil məhz Üsuli Məzhəbə (Məzhəb Əsasları) aiddir. Bu iki əsasın fərqi ondadır ki, Üsuli Dinə aid hər hansı bir bəndi tanıyıb öyrəndikdən sonra inkar edən şəxs, (məsələn Hicab məsələsi. Əgər bir kəs Hicabın Qurani Kərimdə gəldiyini bilə-bilə inkar edərsə, yaxud onu gerilik əlaməti və müasir dövrana zidd olduğunu deyərsə) kafir, mürttəd və yaxud müşrik adlanır və dindən çıxmış sayılır. Amma Üsul Məzhəbi kimsə inkar edərsə, İslam Dinindən çıxmır və əvvəlki kimi Müsəlman sayılır. Məsələn Rəcət (yəni: Həqiqi mömin insanların və kafirlərin başçılar Qiyamət günündən öncə, İmam Zaman həzrətlərinin Zühur edəcəyi vaxt, yenidən dirilərək geriyə, bu dünyaya dönəcəklər. Mömünlər İmamın dəstəsinə qoşulacaq, kafirlərin başçıları isə cəzalandırılacaqlar) məsələsi. Əhli-Beyt məktəbinin davamçıları və Cəfəri Məzhəbinə tabe olanlar Rəcətə inanır və onu əqidə məsələsindən sayır, Quran və Hədislərdən buna dəlil gətirirlər. Amma Sünni qardaşlarımız isə bu məsələni əqidələrindən hesab etmirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


conference-abu-talib
We are All Zakzaky