Şəri Suala Cavab

Ailə qurmaq istəyən xanımın valideynləri bu evliliyə razı olmasa nə edilməlidir?

  • News Code : 404700
  • Source : ABNA- Xəbər Agentliyi
Evlənməyin bir neçə şərti vardır. Əsas Şərtlərdən biridə, oğlanla qızın bir-birinə tay olması və məhz qızın valideyinlərinin (yəni Atası və ya Babası) icazəsidir.

Sual:

Bismillah

Səlamun əleykum. Mən Allahın köməkliyi ilə alə qurmaq istəyirəm. Amma evlənmək istədiyim xanımın valideynləri razı deyil. Nə etməliyik? Xanım da mən də bir-birimizi sevirik. Bu ifadəmə görə üzür istəyirəm.

 

Cavab:

Və Əleykə Səlam və Rəhmətullah

Evlənməyin bir neçə şərti vardır. Əsas Şərtlərdən biridə, oğlanla qızın bir-birinə tay olması və məhz qızın valideyinlərinin (yəni Atası və ya Babası) icazəsidir.

Qız ilə oğlanın bir-birinə tay olamaları bütün sahələri ehtiva edir. Ən başlıcası da din, məzhəb, əxlaq və iman baxımından bir olmalarıdır.

Qızın valideynlərinin icazəsi isə, bir sürətdə lazım deyildir. Oda əgər qızın sevdiyni oğlan İman əhli olarsa və qızın atası onu bu oğlana deyil, başqa birisinə ki, namaz əhli deyil vermək istəyərsə bu sürətdə qız valideynin sözünə baxmaya bilər.

İslam Peyğəmbərindən (səlləlahu əleyhi və alih) nəql olunan rəvayətdə deyilir ki, “Elçiliyə gələn oğlanın əxlaq və dinindən xoşunuz gələrsə, qızı ona verin. Əgər belə etməsəniz, fitnə və fəsad yer üzün bürüyər” (Nəhcül Fəsahə: Hədis 247).

Hansı xanımla evlənmək lazımdır

İslam Peyğəmbərindən (səlləlahu əleyhi və alih) buyurur: “Qadınla 4 istəkdən ötrü evlənirlər: 1- Mal və sərvətinə görə. 2- Gözəlliyinə görə. 3- Dindar olduğuna görə. 4- Ailəsinin əsli-nəcabətinə görə. Sən isə dindar qadınlar ilə evlən”

(Kənzül Ümmal. Hədis 44602)

İmam Sadiq (əleyhis səlam) cənabları evlənmək istəyən Davud Kərxi adlı şəxsə buyurdu: “Vücuduvu haraya qoyacağın barədə düşünmüsən? Qadın həyatın zənciridir, diqqətli ol ki, özüvü haraya zəncirləyirsən, qadınların istər yaxşısı istərsə də pisləri üçün ölçü vahidi və qiyməti yoxdur. Yaxşı qadın heç zaman qızıl və gümüşlə qiymətlənə bilməz, çünki o, qızıl və gümüşdən də qiymətlidir. Pis qadın da torpaqla ölçülə bilməz, çünki torpaq pis qadından da, qiymətlidir.

Əgər kişi, qadının gözəlliyi və yaxud sərvətinə görə onunla evlənərsə, yalnız xanımın gözəlliyi və ya sərvəti ona həvalə olunar (admin: yəni kişi ailə həyatının xoşbəxtçiliyini heç zaman duymaz...). Amma əgər qadının dindarlığı və yaxud xüsusi bir fəzilətli xasiyyətinə görə onunla evlənərsə, Allah (Cəllə Cəlaluh) o, qadının həm gözəlliyini həmdə sərvətini ona verər.”

Cavan oğlanın evlənmək məsələsindəki istəklərinə hörmətlə yanaşmaq lazımdır

Bir şəxs deyir: İmamSadiq (əleyhis səlam) cənablarına ərz etdim: Mən istədiyim qızla evlənmək istəyirəm lakin valideynlərim məni başqa bir qızla, öz istədikləri bir xanımla məni evləndirmək istəyirlər. İmam (əleyhis səlam) buyurdu: “Özün istədiyin xanımla evlən və valideynlərivin istədikləri ilə evlənmə (admin: Əlbətdə bu o sürətdədir ki, oğlanın sevdiyi xanım pozğun və naəhl adam olmaya).” (adres: http://amiremomenin.persianblog.ir/post/374)

Amma hər bir halda qızın valideynləri razı salınmalıdır. Və bunun bir çox yolları var. Biri qızın valideynləri ilə vəsatət etmək, digəri də Namaz qılıb Allahdan istəməkdir. Misal olaraq Fatiməyi Zəhraya (səlamullahi əleyha) olunan istiğasə namazın gətirə bilərik.

İstiğasə Namazı: İki rəkət namaz qılırsız (Niyyət: Həzrəti Zəhraya (səlamullahi əleyha) istiğasə namazı qılıram).

Namazdan sonra üç dəfə Allahu Əkbər deyirsiz.

Sonra Xanım Fatimənin zikrin edirsiz (34 dəfə Allahu Əkbər, 33 dəfə Sübhanəllah, 33 dəfə Əlhəmdulillah).

Daha sonra alnıvızı möhür üzərinə qoyub (daha yaxşı olar ki Kərbala möhürü olsun) 100 dəfə: “Ya Mövlati Ya Fatimə Əğisini” (yəni: Ey mənim Mövlam! Ey Fatiməyi Zəhra (səlamullahi əleyha)! Köməyimə gəl)deyib, sonra sağ yanağıvı möhürə qoyub 100 dəfə həmin zikri deyib, sonra sol yanağı möhür üzərinə qoyub 100 dəfə həmin zikrideyib, sonda bir daha alnıvızı möhürə qoyara 110 dəfə (yüz on dəfə) “Ya Mövlati Ya Fatimə Əğisini” deyərək axırda Allahdan öz istəyivizi diləyirsiz. Daha yaxşı olar ki bu zikirləri edə-edə Allahdan öz hacətiviz istəyəsiz.

Pərvərdigara bütün Müsəlmanların problemlərin xüsusi ilə də ailə problemlərini Xanım Zəhraya (səlamullahi əleyha) xatir həll et. Amin

Allah amanında.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


conference-abu-talib
We are All Zakzaky