Şəri Suala Cavab

Şam namazına 15-20 dəqiqə qalmış günorta namazını qılarıqsa onun niyyəti necə olmalıdır?

  • News Code : 385799
  • Source : ABNA- xəbər agentliyi
Əgər Şam namazından qabaq həm Zöhr və həm də Əsr namazların qılıb qurtara biləcəyiniz miqdarda...

ALLAHIN SALAMI olsun İmam Hüseyn (əleyhis səlam) aşiqlərinə!

   Sual:

İş yerində günorta namazı qılmaqa şərait olmadığı halda evdə şam namazına 15-20 dəqiqə qalmış günorta namazını qılarıqsa onun niyyəti necə olmalıdır. Bu qəza niyyətidir və ya əda niyyəti?

Verdiyim suala xahiş edirəm aydın və tez cavab verin. Çox sağ olun. ALLAH amanında.

   Cavab:

 Salam olsun Əhli-Beyt (əleyhimus səlam) aşiqlərinə!

Əgər Şam namazından qabaq həm Zöhr və həm də Əsr namazların qılıb qurtara biləcəyiniz miqdarda vaxt qalıbsa hər iki namazı “əda” niyyəti ilə qılacaqsınız.

Allah bütün Müsəlmanları öz dini ətrafında bir yerə toplayıb İmama Zaman (Allah onun şərəfli zühurun tezləşdirsin) həzrətlərinin intizarın çəkənlərdən qərar versin. Amin!

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


conference-abu-talib
We are All Zakzaky