Şəri Suala Cavab

Cənabət qüsulu nədir və necə alınmalıdır?

  • News Code : 383369
  • Source : ABNA - Xəbər Agentliyi
Cünub insan özünə cənabət qüslu verdikdə pak ola bilər. Cənabət qüslun verilmə qaydası...

   Sual:

Əssəlamu əleykum. Mənə cənabət qüsulu haqqnda məlumat verin. Nece alim qüsulu?

 

   Cvab:

Və əleykə səlam və rəhmətullah

İki şey inasnı cünub olmağına səbəb olur.

1-  Cinsi əlaqədə olmaq (yəni kişinin cinsi alətin başı, sünnət olan miqdarda istər qabaqdan istərsə də arxadan daxil olarsa).

2-  Spermanın xaric olması (istər az olsun istərsə də çox, istər yuxuda olsun istərsədə oyaq olan vaxt, istər şəhvətlə gəlsin istərsə də şəhvətsiz).

Cünub insan özünə cənabət qüslu verdikdə pak ola bilər. Cənabət qüslun verilmə qaydası:

  1-  Niyyət (yəni: Cənabət qüslu verirəm qürbətən iləllah).

  2-  Baş və boynun bütün yerlərini su ilə islatmaq.

  3-  Bədənin sağ tərəfini arxa və qabaq tərəfdən (çiyinən tutmuş ta ayaqların barmaqlarına kimi) su ilə islatmaq.

  4-  Bədənin sol tərəfini arxa və qabaq tərəfdən (çiyinən tutmuş ta ayaqların barmaqlarına kimi) su ilə islatmaq.

Diqqət:

 1- Qüsul verməzdən öncə insan mütləq bədəni ə suyun dəriyə keçməsinin qarşısın ala biləcək maneələri (məsəl rəng və mazot kimi maneələri) təmizləməlidir. Qeyri sürətdə qüsulu batil olar.

 2-  Bütün qüsalların verimə qaydası eynilə cənabət qüslunun verilməsi kimidir. Yalnız niyyət də cənabət əvəzinə məsələm “məsh meyyit” qüslu verirəm deyəcək

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


conference-abu-talib
We are All Zakzaky