Şəri Suala Cavab

Əgər qadın iftardan sonra bilsə ki, aylıq xəstələnib, Oruc və Şam Namazının hökmü nədir?

  • News Code : 381309
  • Source : ABNA- Xəbər Agentliyi
Şam Azanından sonra (Şam namazın qılıb qurtara biləcəyi müddət ərzi keçdikdən sonra) aylıq xəstələnibsə bu sürətdə Orucu düzgündür və Şam Namazın qəzası da ona vacibdir.

SALAMUN Əleykum. ALLAH-TƏALƏ sizləri və bizləri öz nəzərindən və 14 MƏSUMUN şəfaətindən binəsib etməsin İNŞAALLAH.

Mənim bir sualım var. İmkan daxilində cavabını tezləşməsini istərdim. Ona görə ki, məndəndə cavab gözləyirlər.

Hökumət işində işləyən xanım əgər oruc tutubsa iftarını açıb iş yerində namaz qılmağa şərait olmadığına görə günorta namazları qəza, şama namazlarını isə evdə qılmaq niyyətindədir. İftardan sonra bilib ki, aylıq xəstələnib.Bunun hökmü nədir?

1. Orucu batildirmi?

2. Şam namazları qəza hökmündədir və ya namazı yoxdur? Günorta namazlarının qəza olduğu məlumdur.

 

   Cavab:

Əleykum Səlam. Allah cümlə Müsəlmanları öz pənahında hifz edib, qürbət həyatın yaşayanlara da İmam Rzaya (əleyhis səlam) xatir özü kömək olsun. Amma sualınıza gəldikdə isə qeyd etmək lazımdır ki, əgər qadın Şam Azanından öncə aylıq xəstələnibsə Orucu batildir və Şam Namazı da ona vacib deyildir. Xeyr əgər Şam Azanından sonra (Şam namazın qılıb qurtara biləcəyi müddət ərzi keçdikdən sonra) aylıq xəstələnibsə bu sürətdə Orucu düzgündür və Şam Namazın qəzası da ona vacibdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

   Sual:


conference-abu-talib
We are All Zakzaky