Əqidəvi Suala Cavab

Dəccal təkgöz olacaq? Əbu Sufyan kimdir? onlar nece gelecek? Xususiyyətləri nədir?

  • News Code : 370456
  • Source : ABNA- xəbər agentliyi
Süfyanin Suriyada, xüsusi ilə də İraqda törədəcəyi cinayətlər çox dəhşətlidir. Yüz minlərlə günahsız insanlar onun əli ilə şəhid olacaq. Sonda müsəlmanların köməkinə tələsən, Seyyid Xorasanin İraqa göndərdiyi ordusu ilə üzləşərək məğlub olacaq.

    Sual:

Salam Əleykum. Dəccal təkgöz olacaq? Əbu Sufyan kimdir? onlar nece gelecek? Xususiyyətləri nədir?

 

    Cavab:

Əleykum Salam və Rəhmətullah. Qabaqcadan sizdən, sualınıza gec cavab yazdığımız üçün üzür istəyirik.

Bəzi rəvayətlərə görə, İmam Zaman Ağanın (əccələllahu fərəcəhu şərif) zühurunun əlamətlərindən biri də “Dəccal” adlı bir şəxsin qiyam edəcəyidir. O, Tağutdyr (Allaha üsyan edənin birisidir). Çox hiyləgərdir, bir çox insan kütləsin yoldan çıxardacaq.

Təqlid Mərcəsi Ayətullah Safi Gülpəyqani İmam Zaman (əccələllahu fərəcəhu şərif) həzrətləri barəsində yazdığı “Müntəxəbül Əsər” kitabının üçüncü cildində Dəccal barəsində gələn hədisləri tədqiq etmişdir. Ayətullah Gülpəyqani bu hədisləri 3 qismə bölür:

  1- Yalançı hədislər.

  2- Şübhəli hədislər.

  3- Səhih və doğru hədislər.

Əhli Sünnə Dəccalın qiyam etməsini zühürün Hətmi (Mütləq baş veəcək) əlamətlərdən sayırlar. Lakin Şiələr isə Dəccalın gəlişini qeyrihətmi (ola bilsin baş versin, ola bilsin baş verməsin) əlamətlərdən sayırlar.

Dəccalın adı

Bəziləri onun adın “Said bin Səyd” və yaxud “Səyad” deyir, bəziləri isə bu nəzəriyyəni qəbul etmir.

Bildirək ki, Dəccal sözü ərəb kəlməsidir, lüğətdə “Çox yalan danışan”a deyilir. Və zər-zivər və göz qamaşdırıcı vədlər ilə insanları aldadana Dəccal deyilir. İngilis dilində Dəccal “anti-Christ” yəni İsa (əla nəbiyyina və alihi və əleyhi səlam) Peyğəmbərin düməni mənasında işlənir.

Dəccalın xüsusiyyətləri

Rəvayətlərə əsasən onun bir tək gözü vardır, o da alnın tən örtasındadır, par-par parıldayır. Bəzilərinin nəzəriyyəsinə görə, Dəccal müəyyən bir şəxsə deyilmir. Bu bir ümumi ünvandır ki, yaxşını pis, pisi isə yaxşı kimi qələmə verən, insan kütləsin müxtəlif hiylələr və yalançı vədlər ilə öz ardıyca aparan hər bir şəxsə deyilir.

Onun ölümü

Əgər Dəccal gələrsə, yalnız İmam Zaman (Allah onun zühurun tə`cil etsin) həzrətləri onun ömrünə son qoyacaqdır.

Amma Əbu Süfyan kimdir?

Əbu Süfyan bəni Üməyyə (Allah onlara lənət etsin) tayfasındandır. Atasının adı “Səxr”, babasının adı isə “Hərb”dir. Müaviyyənin atasıdır. O, cahiliyyət dövründə Qüreyş qəbiləsinin böyüklərindən biri idi. Əbu Süfyan “Əməvi” xilafətinin banisidir. O, İslamdan öncə tacir idi. İslam Zühur etdikdə siə Peyəmbərimizin (səlləlahu əleyhi və alih) bir nömrəli düşməninə çevrilir. O hicrətin ikinci ilində İslıam Peyğəmbərinin üzərinə 100 atlı, və 900 piyada döyüşçülər ilə hücum çəkərək “Bədr” döyüşün başlayır.

Bədr müharibəsində müşriklər, başda Əbu Süfyan olmaqla böyük itki verirlər. Təkcə Əbu Süfyan bu döyüşdə iki oğlun itki, bir oğlunu isə Müsəlmanların əlinə əsir verir. O, hicrətin 3-cü ilində Peyğəmbərdən intiqam almaq məqsədi ilə olduqca böyük bir qoşuna başçılıq edərək Ühüd döyüşün yaradır. Bu müharibədə Müsəlmanlar Peyğəmbərimizin əmrlərinə tabe olmadıqları üçün müşriklərə uduzurlar. Peyəmbərimizin əmisi Həmzə Seyyidi Şühəda (Allah ondan razı olsun) bu döyüşdə şəhid edilir. Və Əbu Süfyanın arvadı Həmzənin (əleyhis səlam) qara ciyərini bədənindən çıxardaraq yeyir. Əbu Süyan, Ühüd müharibəsindən sonra Mədinə yəhudiləri ilə sövdələşərək Xəndək Müharibəsin yaradır. Lakin İslam Peyğəmbərinin İlahi tədbirləri sayəsində düşmən bu müharibədə məğlub olur və geri dönür.

Əbu Süyan getdikcə inkişafda olan İslam Dinin nüfuzundan qorxaraq Peyğəmbər (səlləlahu əleyhi və alih) ilə “Hüdeybiyyə Sülhü”n imzalayaraq Mədinəyə gəlir. Lakin İslam Peyğəmbəri onu görmək istəmir və onunla heç bir əlaqəyə girmir. Müsəlmanlar Məkkəni heç bir müharibə etmədən Fəth etdikdə, Əbu Süfyan “Əbbas ibn Əbdül Müttəlib”in vəsatəti ilə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) aman alır və onun evi Peyğəmbərə təslim olanların pənahqahına çevrilir. Həmin il o müsəlmanlar ilə birgə “Hüneyn Müharibəsində” iştirak edir və Peyğəmbər (səlləlahu əleyhi və alih) döyüş qənimətlərindən bir miqdarın da ona verir.

İslam Peyğəmbəri (səlləlahu əleyhi və alih) şəhid olduqdan sonra, o ilk öncə İmam Əliyə (əleyhis səlam) yaxınlaşmaq istəyir. O, İmam Əliyə (əleyhis səlam) xəlifə olmağına köməklik göstərəcəyini bildirdikdə İmam Əli (əleyhis səlam) onun hiyləsin başa düşüb öz ətrafından qovur.

O, Osmanın xilafətə keçən günü, Üməyyə qövmün toplantısında onlara belə deyir: “İndi ki, Əbu Bəkr və Ömərdən sonra xəlifəlik sizin əlinizə düşüb, top kimi onunla oynayın və qoymayın əlinizdən çıxa.”

Əbu Süfyan həmin məclisdə həmçinin belə iddia etmişdir: “And olsun ki, nə Behişt var, nə də ki, Cəhənnəm vardır...”

Bildirək ki, Üsuli dinə əsasən hər bir müsəlman bilib və dərk etdikdən sonra, “Məada” (Axirət dünyasına, Behişt və Cəhənnəmə) inam gətirməyərsə kafir sayılır və onun ölmü vacibdir.

Göründüyü kimi Əbu Süfyan Peyğəmbərimizin zamanında yaşayıb və sonra da Osmanın vaxtında ölüb. Ola bilsin siz İmam Zaman (əccələllahu fərəcəhu şərif) həzrətlərinin zühurundan öncə gələcək Süfyani adlı kafir barəsində sual vermisiniz.

Süfyani kimdir?

O, insandır. İmam Zamanın zühürundan qabaq Dəməşqin yaxınlığında “Yabis” adlı çöllükdə dünyaya gələcək. Onun adı Osman, atasının adı Ənbəsədir. Üzü çopur, sarı saçlı, qırmızı yanaqlıdır, böyük çiyinləri var, boyu orta boydan bir az böyükdür rivayətlərdə bu barədə çoxlu təkid olunur.

Rəvayətlərə görə və Şiə əqidəsin əsasən, Sufyanin qiyam etməsi hətmi əlamətlərdəndir və mütləq gələcək. O, Mübarək Rəcəb ayında Şam vilayətində qiyam edəcək, Suriyanı və İraqı işğal etdikdən sonra İmam Zamanı (Allah Onun zühurun tezləşdirsin) tapıb şəhid etməkdən ötrü Məkkəyə ordu göndərəcək, onun ordusu Məkkə ilə Mədinə arasında “Bəyda” çölündə yerə bataraq məhv olacaqlar.

Süfyanin Suriyada, xüsusi ilə də İraqda törədəcəyi cinayətlər çox dəhşətlidir. Yüz minlərlə günahsız insanlar onun əli ilə şəhid olacaq. Sonda müsəlmanların köməkinə tələsən, Seyyid Xorasanin İraqa göndərdiyi ordusu ilə üzləşərək məğlub olacaq.

Allah sizdən razı olsun!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1440 / 2019
conference-abu-talib
We are All Zakzaky