Şəri Suala Cavab

Diskləri köçürdüb satmağ yaxud İslama aid mp3, dvd-ləri köçürdüb hədiyyə etmək olarmı?

  • News Code : 331884
  • Source : ABNA- xəbər agentliyinin
Əziz Müctehidimiz Sistani həzrətlərinin nəzərində...

Salamun əleykum. Qardas Allah sizdən razi olsun ki, bu xidməti bizlərə gostəririsiz.

Sual:

   Sualim belədir. Qardas mən disk (cd) köçürmə işi ilə məşğulam. Bilmək istərdim aldığım diskləri köçürdüb, çoxaldıb sata bilərəm? Ya da İslama aid mp3, dvd disklər köçurub hədiyyə edə bilərəm? Bir də internetdən necə köçürüb sata bilərəm? Disk barəsində bilmədiklərimi mənə ətraflı başa salardız, xahis edirəm.

Muctehidim  Sistani ağadır.

ALLAH RAZI OLSUN!

Elnur.

 Cavab:

   Əlkeykə səlam və rəhmətullahi və bərəkatuh. Allah sizlərdən də razı olsun ki, bizim işlərimizi dəyərləndirirsiz. Amma sizin suallarınızın cavbına gəldikdə isə deməliyik əziz Müctehidimiz Sistani həzrətlərinin nəzərində siz yalnız özünüzün istifadəsi üçün disk, mp3, dvd-ni köçürə bilərsiniz, digərləri üçün isə alınan disklərin köçürdüb satılması haramdır. İslama aiıd mp3, dvd-ləri də köçürüb hədiyyəsi haramdır. İnternetdən yüklədiyiniz hər hansı bir məhsul əgər həmin sayt bu icazəni verirsə ki, hər kim hər nəqədər istəsə köçürüb paylaşa bilər bu sürətdə köçürüb payllaşmağın yaxud da hədiyyənin və ya satmağın eybi yoxdur.

Allah Təala sizin ruzinizə daim xeyr və bərəktin əta etsin. Dünya və axirətdə sizi Əhli-Beytdən (əleyhimus səlam) ayrı salmasın.

Amin.

Cavabınızı bir qədər gec verdiyimiz üçün sizdən üzür diləyirik.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


conference-abu-talib
We are All Zakzaky