Şəri Suala Cavab

Evin böyük oğulu kafir olarsa atanın namazları kiçik oğula vacibdirmi?

  • News Code : 325992
  • Source : ABNA- Xəbər Agentliyi
Ayətullah Fazil Lənkəraninin fətvasına əsasən namaz kiçik oğula vacib deyil.

Sual:

   Salam mən Misirdə təhsil alıram. Özüm Ehli Şiəyəm (əlhəmdulillah) bir şeyi sizdən soruşmaq istərdim. Əgər atanin böyük övladi başqa səmavi dinlərin ardıcıllarından olsa, ondan sonrakı ovladı isə musəlman belə olan təqdirdə atanın qəza namazları hansi övlada vacib olur? Mənimdə təqlidim Aga Fazil Lənkəraniyədi...

Fuad.

Cavab:

   Əlkeykə səlam və rəhmətullahi və bərəkatuh. Şiə olub “Allahın Vİlayət Neməti”ndən bəhrələndiyiniz üçün doğrudan da Uca və Yenilməz Allaha şükür etmək lazımdır. Amma sualınızın cavabına gəldikdə isə demək istərdik ki, İslam Peyğənbərinin (səlləllahu əleyhi və alih) müqəddəs şəriətini olduğu kimi təfsir edən Əhli-Beytin (əleyhimus səlam) göstərişlərində atanın qəza namazların qılan böyük övladdan məqsəd evin yaşca böyük oğlu nəzərdə tutulur. Kiçik övlad dedikdə isə kiçik oğul nəzərdə tutulur. Əgər evin böyük oğlu dünyaya gələrsə, sonradan ölərsə, yaxud dinini dəyişərsə və yaxud elə əvvəldən başqa bir dində idilər sadəcə ata və kiçik oğul İslamı qəbul etmişlər, lakin böyük oğul qəbul etməmişdir. Və bir müddətdən sonar ata dünyasın dəyişmişdir bütün bu  sadalanan sürətlərdə evin kiçik oğluna atanın qəza namazları vacib deyildir. Bu mərhum Ayətullah Fazil Lənkəraninin nəzərində də belədir.

Allahı and veririk onun əzəmətinə və izzəti cəlalına bizi dünya və axirətdə Əhli Beytdən (əleyhimus səlam) ayırmasın. Amin!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


conference-abu-talib
We are All Zakzaky