Məqalə

Nardalan hadisələrindən sonra Məscidə qarşı mübarizə

Ayə və rəvayətlərə əsasən Məscid təkcə ibadət üçün deyil, sosial funksiyaya da malikdir.

  • News Code : 726639
  • Source : Tashaio
Brief

İmam Xomeyninin kəlamı da həmin həqiqəti bəyan edir: Bunlar Məsciddən qorxur, mən öz vəzifəmi yerinə yetirir və sizə deyirəm ki, siz universitet işçiləri və tələbələr, gedin Məscidləri doldurun. Səngər buradır, səngərləri boş qoymamalıyıq. Məscidlər inqilablarda, zülmə qarşı mübarizədə, xüsusilə müasir dövrdə təyinedici rol oynayır. Peyğəmbərin vasitəsilə ilk Məscidin yaranma tarixini nəzərdən keçirsək, görəcəyik ki, bu Məscidin tikilməsi Peyğəmbərin müşriklərlə mübarizə dövrünə təsadüf edir. O həzrət öz tarixi mübarizəsinin davamı olaraq Mədinəyə gəlmək həmən müqəddəs bir binanı tikdirdi ki, mübarizənin bir hissəsi onunla davam etsin.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nardalanda şiə və əzadarları taptaladıqdan sonra Azərbaycan dövləti Allahın əminamanlıq evi olan Məscidləri bağlamışdır. Ayə və rəvayətlərə əsasən Məscid təkcə ibadət üçün deyil, sosial funksiyaya da malikdir. Lakin din mövzusuna yad olmasına baxmayaraq Siyavuş Novruzov ,,Məscid təkcə ibadət yeridir,,- deyə hökm verir.

Azərbaycanın dövlət adamları Məscidi sosial funksiyasından uzaq saxlamaq üçün yeri göyə yamayır. Qarşıya belə bir sual çıxır ki, işğalçı ermənilər, vahabilər, sionistlər və onların nökərləri, o cümlədən Azərbaycan hökuməti məsciddən niyə bu qədər qorxurlar? Məscidin küfrə qarşı mübarizədə oynadığı rolu nəzərdən keçirməklə məlum olur ki, tarix boyu batilə qarşı mübarizə Məsciddən nəşət almışdır.

Bu İlahi Məkan dünyanın Azadə insanlarını qüvvətləndirmişdir. Buna görə də müstəmləkəçilər, daxili və xarici düşmənlər İslamı məhv etmək üçün Məscid çırağını söndürmək fikrinə düşümüşlər. İmam Xomeyninin kəlamı da həmin həqiqəti bəyan edir: Bunlar Məsciddən qorxur, mən öz vəzifəmi yerinə yetirir və sizə deyirəm ki, siz universitet işçiləri və tələbələr, gedin Məscidləri doldurun. Səngər buradır, səngərləri boş qoymamalıyıq. Məscidlər inqilablarda, zülmə qarşı mübarizədə, xüsusilə müasir dövrdə təyinedici rol oynayır. Peyğəmbərin vasitəsilə ilk Məscidin yaranma tarixini nəzərdən keçirsək, görəcəyik ki, bu Məscidin tikilməsi Peyğəmbərin müşriklərlə mübarizə dövrünə təsadüf edir. O həzrət öz tarixi mübarizəsinin davamı olaraq Mədinəyə gəlmək həmən müqəddəs bir binanı tikdirdi ki, mübarizənin bir hissəsi onunla davam etsin.

Demək Məscid tikmək İslam Peyğəmbərinin mübarizə dövründə başlanmış və kafirlərə qarşı mübarizə mərkəzinə çevrilmişdi. Buna görə və Müsəlmanlar üçün bu müqəddəs məkanın şənini nəzərə alaraq demək olar ki, əhalinin maddi və mənəvi həyatında ən böyük rolu məscidlər oynayır. Müsəlmanların tarixi də həmin mövzunu təsdiq edir. İran tarixində də çoxlu nümunələr vardır və yazımızın davamında onun xülasəsini verəcəyik.

Digər müsəlman ölkələrdə də məscidlərin belə bir rolu olmuşdur. Misal üçün mscid Misirdə müsəlman qardaşları partiyasının tribunası olmuşdur. Bu partiyanın rəhbəri Həsən Əlbəka öldürüldükdən sonra hökumətin təzyiqi nəticəsində Müsəlman Qardaşların yığıncaq mərkəzi yalnız Məscidlər olmuşdu. Bu Məscidlərdən biri Qahirənin came məscidi idi. Partiyaçılar cümə namazını həmin Məsciddə qılırdılar. Onlar təbliğat üçün Məscidin imkanlarından istifadə edirdilər. Həsən Əlbəna 1925-ci ildə ,,Əşşəbanülhüseyn,, jurnalında çap etdirdiyi ilk məqaləsində bildirirdi: məscid ən mühün təlim-tərbiyə və nəfsi təmizləmə vasitələrindən biridir.

İranda İslam İnqilabı cərəyanında da islam hərəkatının formalaşması, sabitləşib dərinləşməsi və insanlarda dəyişikliklərin yaranmasında məscidlər birinci rol oynamışdır. Məscid təkcə şahlıq üsul-idarəsinə qarşı mübarizənin formalaşmasında deyil, həm də əzəmətli İslam İnqilabının üç on illiyinə, xüsusilə 8 illik müdafiə dövrünə diqqət yetirdikdə belə bir qənaətə gəlmək olar ki, Məscid həmişə müdafiə piramidinin başında olub, sonra isə qərbin mədəni hücumunda, bu və ya digər formadakı basqınlarında və mədəni NATO-sunda Məscidin komandanlıq, dini-mədəni qəragah rolunu oynaması inkar edilməzdir. Məscidlərin bu diyarın əhalisinin əsil Məhəmməd İslamını, Dini və Mədəni inamlarını qorumaqdakı yeri yüksək olmuşdur.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!