Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- Xəbər Agentliyi
cümə axşamı

30 avqust 2012

19:30:00
342400

Qoşulmama Hərəkatının 16-cı Samiti

İmam Xamenei cənablarının Tehran Zirvəsində etdiyi çıxışın tam mətni

BMT Təhlükəsizlik Şurası tamami ilə qeyri demokratik, ədalətsiz və heç bir məntiqə sığmayan işlərin icrasını həyata keçirən bir orqandır. Bu istifadə tarixi ötmüş, diktator sistemli, köhnəlmiş bir sistemdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 30 avqust 2012 tarixində Tehran vaxtı ilə 11:00-da Dünya Müsəlmanlarının Lideri İmam Xamenei cənabları Qoşulmama Hərəkatının 16-cı Sammitinin Hərəkata üzv ölkələrin rəhbərləri iclasında tarixi çıxışın edib.

İmam Xamenei cənabları çıxışında Qoşulmama Hərəkatının əsas məqsədlərini şərh edərəy bu Hərəkatın qlobal məsələlərə mühüm təsir göstərmə qabiliyyətinə malik olduğunu bildirib.

İmama Xamenei cənablarının çıxışının tam mətnin ziyarətçilərimizə təqdim ediriy:

 

بسم الله الرحمن الرحیم الحمدلله رب العالمین والصلوه والسلام علی الرسول الاعظم الامین و اله الطاهرین وعلی جمیع الانبیاء والمرسلین و صحبه النمتجبین

Qoşulmama Hərəkatına üzv ölkələrin rəhbərlərinə, nümayəndələrinə və habelə beynəlxalq iclasın sair iştirakçılarına Xoş Gəldiniz deyirəm.

Biz burada bir yerə toplaşmışıq ki, Allahın köməyliyi və hidayəti sayəsində 56 il öncə bir sıra mehriban və fədakar məsular tərəfindən binövrəsi qoyulmuş cərəyanın ardına davam edəy. Və bu cərəyana yeni ruhiyyə bəxş edərəy dübarə onu hərəkətə gətirəy.

Bizim qonaqlarımız dünyanın müxtəlif coğrafi məntəqələrindən, müxtəlif milliyyətlərindən, müxtəlif mədəniyyətlərindən, müxtəlif tarixə malik olanlardan, müxtəlif əqidə sahiblərindən ibarətdir. Lakin 1955-ci ildə Bankong Konfransında Hərəkatın əsas təsisçilərindən olan “Əhməd Sukarnu”nun dediyi kimi Qoşulmama Hərəkatının əsas yaranma prinsibi Dini və ya Coğrafi vəhdət deyil. Əsas prinsib Ehtiyac birliyidir. O zaman Qoşulmama Hərəkatına üzüv ölkələri dünya istikbarçılarının seytərəsindən amanda qalmaq üçün vahid bir Bağlantıya ehtiyacları vardır. Bu gün dünya imerialistlərinin dominantlıq vasitələrinin İnkişaf edib genişəndiyi bir zamanda da Qoşulmama Hərəkatına üzüv ölkələrin belə Bağlantıya ehtiyacı vardır.

Mən başqa bir həqiqəti açmaq istəyirəm:

İslam dini bizə insanların müxtəlif milliyyətlərdən, dillərdən, mədəniyyətlərdən ibarət olmasına baxmayaraq onların paklığa, ədalətli olmağa, bərabərliyə, həmkarlıq etməyə və bir-biri ilə həmdərd olmağa dəvət edən vahid bir fitrətə malik olmaların bəyan edir. Bu ortaq xilqət əgər azdırıcı düşüncələrdən yan qalarsa insanları tövhidə və Allah Təalaya çatdırır.

Bu Parlaq Həqiqət (admin: Allah Təala) elə bir gücə malikdir ki, azad, izzətli, ədalətlə dolu, inkişaf etmiş bir ictimaiyyəti təsis edə bilər və insanların maddi və dünyəvi fəaliyyətlərinə mənəvi şüanı verərəy onlar üçün dünya behiştini-vəd olunmuş İlahi axirət behişitin ələ gətirməzdən öncə- təsis edər. Həmçinin bu danılmaz ortaq Həqiqətdir (admin: Allah Təala) ki, müxtəlif millətlərin bütün qardaşlıq əməkdaşlıqlarının əsasın təşkil edir.

Beynəlxalq əməkdaşlıq hər zaman belə bir əsas üzərində qurularsa dövlətlər arası əlaqələr artıq qorxu, təhdid, hegemonluq, xainlərin və satqınların vasitəçiliyi ilə deyil sağlam və müştərəy mənafenin qoruyan amillər üzərində qurulacaq və beləliklə də bütün vicdanlar və millətlərin xatiri asudə olacaq.

Bu ideal qayda, son əsirəcən istikbarçı qərb qüvvələri tərəfindən sonradan və halhazırda təcəvüzkar Amerika dövləti tərəfindən himayə olunan hökmüranlığ rejimi müqabilində dayanıb.

Əziz qonaqlar!

Bu gün Qoşulmama Hərəkatının əsas ideyaları; anti-kalonlaşdırma, siyasi, iqtisadi və mədəniyyət sahəsində müstəqilliy, heç bir qüdrət blokuna qoşulmamaq, üzv ölkələr arasında əməkdaşlığın səthini yuxarı aparmaq kimi ideyalar, 56 ildən sonra da yerində sabit və möhkəm duraraq qalmaqdadır. Bu günkü dünyan bu ideyalardan kənarda qalır. Lakin bir dəstə insanın hərtərəfli çalışmaları nəticəsində bu ideyalara qovuşmaq çətin olsa da belə mümkündür.

Biz yaxın keçmişdə Soyuq Müharibənin uğursuz siyasətlərindən sonra birtərəfli siyasətin yürüdülməsinin şahidi olmuşuq. Dünya bu tarixi təcrübədən lazımı ibrət götürərəy yeni bir eraya, cədid beynəlxalq hakimiyyətə keçid dövrünü yaşayır. Qoşulmama Hərəkatı bu arada mühüm rol oynaya bilər və gərəkdə bunu ifa etsin. Və belə bir hakimiyyət mütləq müştərəy əlaqələr əsasında, bütün millətlərin bərabər hüquqa malikliyi çərçivəsində və Hərəkata üzv ölkələrin sıx əməkdaşlıqı sayəsində əmələ gəlməlidir.

Xoşbəxtçiliydən qlobal inkişaflar perspektivliyi çox qütblü hakimiyyətin yranmasından xəbər verir. Yeni hakimiyyətdə ənənəvi güc dirəkləri öz yerlərini müxtəlif ölkələrə, mədəniyyət və sivlizasiyalara, əl-əlvan siyasi, iqtisadi və ictimai istəylərə təqdim edir. Son 30 ildə baş verən dramatik hadisələr ənənəvi qüdrətlərin zəifləməsini və yeni güclərin artmasına görədir. Burada mərhələli qüdrətlənmənin əvəzinə, QH-yə üzv olan ölkələrə dünya səviyyəli problemləri ədalət və müştrəy əməkdaşlıqla həll edilməsində mühüm rol oynamaq fürsətini verir.

Biz, Qoşulmama Hərəkatına üzv ölkələr uzun illər ərzində müxtəlif dünya görnüşümüzü, həmrəyliyimizi ümumi arzularımız çərçivəsində qoruyub saxlaya bilmişik və bu xırda məsələ deyil. Bu bağlantı mümkündür insani və ədalətpərvər bir hakimiyyətin sərmayəsinə çevrilsin.

Dünyanın hazırkı şərayiti Qoşulmama Hərəkatı üçün təkrar olunmaz bir fürsət ola bilər. Bizim sözümüz odur ki, dünya sükanı bir neçə qərb ölkəsinin diktəsi ilə idarə olunmamalıdır. Mütləq beynəlxalq idarəçiliydə ümumdünya, müştərəy və demokratiy amildən istifadə edilsin. Bu beynəlxalq səhnədə güc sahibi olan ölkələrdən birbaşa yaxud qeyrimüstəqim ziyan görmüş və görən ölkələrin istəyidir.

BMT Təhlükəsizlik Şurası tamami ilə qeyri demokratik, ədalətsiz və heç bir məntiqə sığmayan işlərin icrasını həyata keçirən bir orqandır. Bu istifadə tarixi ötmüş, diktator sistemli, köhnəlmiş bir sistemdir. ABŞ və müttəfiqləri elə həmin bu yanlış sistemndən suistifadə edərəy öz zorbalı siyasətlərinə ləyaqətli məfhum donun geyindirərəy dünya xalqlarına yeridirlər. Onlar “Bəşər Haqqları” deyərəy qərbin mənafesini qoruyurlar, “Demokratiya” deyərək əvəzində hərbi yürüşlər ilə digər ölkələri işğal edirlər, “Terrorla Mübarizə” adı altında çarəsiz və özüü heç bir müdafiə etməy gücünə malik olmayan kənd və şəhər camaatını bombalayır və evlərini viran edirlər. Onların nəzərində bəşəriyyət birinci, ikinci və üçüncü dərəcələrə bölünür. Asiya və Afrikada yaşayan insanların dəyəri ucuz, ABŞ və qərb ölkələrində yaşayanlar isə qiymətli sanılır. ABŞ və qərb ölkələrin sabitliyi mühüm, sair ölkələrin sabitliyi isə lazımsız sayılır. Terror və işkəncə əgər ABŞ, sionist və onların muzdurları tərəfindən icra olunarsa mümkün və ona göz yumulur.

Onlar dünyanın dörd tərəfində yaratdıqları gizli zindanlarda yüzlərlə günahsız və vəkilsiz insanlara ən pis və çirkin əzablar belə verdikdə heç bir vicdan ağrısına düçar olmurlar. Pis və Yaxşı tamai ilə selektiv və bir tərəfli məna olunmuşdur. Öz mənafelərini “Beynəlxalq Hüquq”, qeyriqanuni və amiranə fikirlərini isə “Dünya Birliyi” qalibində xalqlara yeridirlər. Tam ixtiyarlarında olan münsəcim və bir-biri ilə əlaqəli Media Şəbəkələri vastəsi ilə öz yalanlarını doğru, batili haqq, zülmü ədalət kimi göstərirlər. Bunun əvəzində isə onların hər hansı bir hiyləsini ifşa edən haqq sözü yalan və batil adlandırırlar.

Dostlar!

Bu eybəcər və xətərli vəziyyət artıq davam edəsi deyildir. Hammı bu yalnış beynəlxalq qurluşdan cana doyuyb. Amerikada xalq kütləsinin kapitalizimə qarşı apardıqları “99%” hərəkatı (admin: Valstriti İşğal Et) və avropada insanların iqtisadi duruma olan etirazları artıq millətlərin mövcud duruma qarşı səbr kasalarının daşmasının nişanəsidir. Bu məntiqsiz duruma mütləq bir yardım edilməlidir.

Qoşulmama Hərəkatına üzv ölkələr arasında ayrılmaz və möhkəm əlaqələr, bu problemin həllində mühüm rol ifa edə bilər.

Hörmətli İştirakçılar!

Beynəlxalq səviyyəli sülh və sabitliy bu günkü dünyamızın əsas problemlərindən biridir. Kütləvi qırğın silahların (WMD) aradan aparılması zəruri və təcili bir məsələdir. Bu günkü dünyada sabitliyin qorunması müştərək və qeyri-diskriminasiya olası bir məsələdir. Öz silah arsenallarında kütləvi qırğın silahlarını günü-gündən çoxaldanların Dünya Sabitliyi üzrə öndər olmağa heç bir haqqları yoxdur. Bu onların özü üçün də heç zaman sabitliyi bərpa etməyəcəkdir. Təsüflə qeyd etməliyik ki, bu gün dünyada bəzi dövlətlərin nüvə silahlarla dolu anbarları olduğunun şahidiyik. Onlar bu silahları belə məhv etmək niyyətində deyildirlər. Əksinə bu silahları ənənəvi olaraq beynəlxalq və siyasi arenada sabitsizliyin arardan qaldırılması üçün bir amil bilirlər. Belə bir anlayış, tamamilə yolverilməz və mənhusdur.

Nüvə silahı heç zaman sabitliyin bərpası və siyasi qüdrətin möhkəmlənməsi üçün leqal bir amil ola bilməz. Əksinə nüvə silahı sabitliyin pozulması və siyasi qüdrətin itirilməsinə gətirib çıxarar. Keçən əsirin 90-cı illəri göstərdi ki, nüvə silahına yiyələnməy hətta SSR kimi rejimi belə qoruyub saxlaya bilməz. Bu gün də bəzi ölkələri tanıyırıq ki, nüvə silahları olduğu halda artıq dağılmaq üzrədirlər.

İran İslam Respublikası nüvə, kimyəvi və.s silahlardan istifadə etməyi bağışlanmaz böyük bir gnah sayır. Biz “Nüvə silahına malik olmayan Yaxın Şərq” şüarın vermişik və bu şüarada sadiqik. Bu şüar nüvə enerjisindən sülhməramlı məqsədlərdə istifadə etməmək və nüvə enerjisini emal etməmək mənasında deyildir. Bu enerjidən sülhməramlı işlərdə istifadə etməy beynəlxalq konvesiyalara əsasən bütün ölkələrin haqqıdır. Hammının bu enerjidən ölkəsinin müxtəlif sahələrində sülhməramlı işlərdə istifadə edə bilmək haqqı vardır. Və bu işdə də heç bir ölkədən aslı olmamalıdırlar. Nüvə silahlarına malik bir neçə qərb ölkəsi hətta nüvə enerjisinin emalını da belə öz inhisarlarına keçirtməy niyyətindədirlər. Sirrli hərəkət formalaşmaqdadır, onlar beynəlxalq nüvə enerjisinin emal və satışı mərkəzi altında bu işin inhisarın əllərinə keçirtmək niyyətindəirlər.

Günümüzün acı ironiyası ABŞ kimi yüzlərlə nüvə silahına, bioloji silaha, sair kütləvi qırğına səbəb ola biləcəy silahlara malik olan bir dövlət, bu gün nüvə enerjisinin yayılmasına qarşı bayraq qaldırmasıdır. Onlar və onların avropalı müttəfiqləri sionist rejiminə nüvə silahları verərəy bu həssas məntəqə üçün böyük bir təhlükəyə çeviriblər. Elə həmin hiyləgər toplum, müstəqil ölkələr üçün sülhamiz nüvə enerjisindən istifadə etməyi qadağan edir. Hətta bu enerjinin radio dərmanlar üçün emal edilməsi ilə belə var gücləri ilə müxalifətçiliy göstərirlər. Onların bəhanəsi, məbada Nüvə Silahını istehsal edilməsidir. İİR haqında onlar özləri də yaxşı bilirlər ki, yalan və iftira söyləyirlər. Siyasətçidə əgər, mənəviyyatdan xırda əsər belə olmazsa yalanı da caiz belə biləcək. Görəsən 21-ci əsirdə utanmada digərlərini nüvə silahı ilə hədələyən, yalan danışmaqdan pəhriz edib utanacaqmı?!

Mən bir daha təkid edirəm. İran İslam Respublikası heç zaman nüvə silahı istehsal etmək niyyətində olmayıb və heç zaman da millətinin nüvə enerjisindən sülhməramlı istifadəsindən geri dönməyəcəkdir. Bu “Nüvə Enerjisi hammı üçün, Nüvə Silahı Heç kim üçün” bizim şüarımızdır. Biz bu iki söz üzərində axra kimi dayanacağıq. Və bir neçə qərb ölkəsinin nüvə enerjisinin istehsalına qoyduğu inhisarı sındırmaq bütün ölkələrin o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələrinin xeyrinədir.

Amerika və onların müttəfiqlərinin İİR-a qarşı 30 il yürütdüyləri təzyiq və sanksiyalar qarşısında müvəffəqiyyətlə dayanaraq təcrübə əldə etməy İslam Cumhuriyyətini bu qənaətə gətirib ki, vahid bir parça olaraq bir millətin müqavimət göstərməsi bütün düşmənçiliklərə qələbə qazanıb iftixarcasına öz ali hədəflərinə doğru addımlamaya imkan yaradır. Ölkəmizin son iki on illiyində müxtəlif sahələrdə tərəqqi edib yüksəlməsi hammının gözü önündə olan bir həqiqətdir. Biz bu tərəqqini sanksiyalar, iqtisadi blokadalar, sionizim və ABŞ bağlı media şəbəkələrinin hücumları altında əldə etmişik. Elə bir sanksiaylar ki, cəfəngiyyatçılar onu sarsıdıcı sanksiyalar adlandırmışlar. Bu sanksiyalar bizi nəinki sarsıtmadı, hətta bizim atdığımız addımları daha da möhkəmlədərəy, iradəmizi gücləndirib, millətimizə olan inamımızı bir daha artırdı. Biz bütün bu keşməkeşlərdə Allahımızın əta etdiyi köməkliyin dəfələrlə aşkar şahidi olmuşuq.

Əziz Qonaqlar!

Burada çox mühüm bir məsələ haqqında danışmağı özümə borc bilirəm. Baxmayaraq ki, əsil məsələ bizim məntəqə ilə bağlıdır lakin onun geniş şaxələri məntəqədən kənara uzanaraq yarım əsirdən artıqdır ki, dünya siyasətində də öz təsirini qoyur. Bu ürəyağrıdıcı məsələ Fələstin məsələsidir. Bu problemin qısa tarixçəsi belədir: Müstəqil bir ölkə və aşkar tarixə malik Fələstin adlı bir dövlət, başda İngiltərə olmaqla qərbin qorxunc bir senarisi üzrə keçən əsrin 40-cı ilərin sonunda öz millətinin əlindən zor və silah gücünə alınara ümdə avropadan gətirilmiş köçkünlərə təhvil verildi. Bu böyük qəsbkarlıq ilk olaraq hər hansı bir müdafiədən məhrum olan yerli xalqı kütləvi qırğınlara məruz qoyub, onları öz kənd və şəhərlərini tərk edib qonşu ölkələrə pənahədə olmağa məcbur etdi. Bu cinayət artıq 60 ildir davam etməkdədir. Bu bəşər ictimaiyyətinin ən mühüm problemlərindən biridir. Qəsibkar sionist rejim başçıları bu müddət ərzində hər hansı bir cinayətdən çəkinməyiblər. Camaatı qırıb evlərin viran edib, tarlaların dağıdıb, qadın, uşaq və kişilərin tutaraq işkəncələr verməydən tutmuş, şərafətli milləti təhqir edərəy alçaldıb, Fələstin daxilində hətta qonşu ölkələrdə olan qaçqın düşərgələrinə belə hücum edərəy məhv etməkdədirlər. Səbra və Şətila, Qana, Diryasin və.s məntəqələr məzlum fələstin xalqının qanına boyanaraq məntəqə tarixinə yazılmışdır. 65 il bu faciə üzərindən sovuşmasına baxmayaraq hələ də sionist vandalları işğal olunmuş ərazilərdə baqi qalmış fələstinlilərin başlarına bu cinayətləri açmaqdadırlar. Onlar məntəqəd sabitsizliyi yaratmaqdan ötrü ardıcıl olaraq yeni cinayətlər törədirlər. Çox az gün olar ki, vətənlərin qoruyub saxlamaqdan ötrü və tarlaların dağıdılmasın qarşısın almaqdan savayı qətlə yetirili