Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə

16 fevral 2024

17:00:00
1438280

Seyyid Həsən Nəsrullah: Livanlı mülki insanların qanının tökülməsinə cavab qan olacaq/ ABŞ regionda tökülən hər damla qana görə məsuliyyət daşıyır.

Nəsrullah: “Livan və Fələstinin müqaviməti İsrail rejiminin çəkindirmə gücünü məğlub edərək bu rejimi şübhə altına aldı və yeni bir çəkindirmə tənliyi yaratdı... Bu döyüşdə düşmənin məğlub olması, onun məqsədlərinə çata bilməməsi deməkdir. Düşməni məğlub etməyə məcbur etmək üçün ona itki və tələfat verilməsi hər şeydən daha vacib və  zəruridir.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Seyyid Həsən Nəsrullah bu gün, 16 fevral 2024 tarix, yerli ssatla 15:00-da Beyrutda keçirilən Livan Müqavimət Təşkilatının Şəhid liderlərinin xatirəsinin anma mərasimində çıxış edib.

Livan Hizbullahının Baş Katibi çıxışı zamanı bildirib:

“Şəhidlər bu gün aramızda olsaydılar, onların mövqeyi Fələstinə dəstək və yardım etmək, sionist düşmənlə üz-üzə gəlmək, düşmənin öz məqsədlərinə çatmasının qarşısını almaq, Qəzzə və regionda məzlumlara kömək etmək olardı.”

O əlavə etdi:

“Həqiqi mübarizlər və alicənab insanlar acizlik və zəiflikdən uza olan, öz yollarının, məqsəd və planlarının düzgünlüyünə şübhə etməyə imkan verməyən, öz yoluna davam edən və müqaviməti qorumağın əsas prinsip olduğu əmrinə sadiq qalan insanlardır.”

Höccətül İslam Şeyx Seyyid Həsən Nəsrullah daha sonra deyib:

“Müqavimət hərəkatlarının aktivlik və passivliyi müvəqqəti reaksiyalar ilə bağlı deyil, məqsədləri dərk etmək, hədəfi anlamaq, tanımaq  və bəsirətdən irəli gəlir. Düşmən düşünür ki, komandirlərimizi və döyüşçülərimizi öldürməklə, yaxud evlərimizi dağıtmaqla bizi zəiflədə və ya geri çəkilməyə məcbur edə bilər...”

O, sionist rejimin Livanın cənubuna son hava hücumlarına toxunaraq dedi:

“Sionistlərin Ən-Nəbtiyyə və Əl-Svanə şəhərlərinə təcavüzü dayandırılmalıdır, çünki onlar mülki əhalini hədəfə alıblar. Bu təcavüz mülki əhalinin böyük bir hissəsinin şəhid olmasına səbəb olub. Biz, baş verənlərin qəsdən törədildiyini deyirik.”

Hizbullahın baş katibi vurğulayıb:

“Biz əsl döyüşün mərkəzindəyik, yüz kilometrdən çox uzanan cəbhədəyik və müqavimət döyüşçülərinin şəhid olması bu döyüşün tərkib hissəsidir. Düşmənin mülki insanları öldürməkdə məqsədi müqavimətə hücumları dayandırmaq üçün təzyiq göstərməkdir, 2023-ün oktyabrın 7-dən bu yana bütün təzyiqlər Livan Hizbullahının İsrail ilə cənub cəbhəsini dayandırmaq olub və sionist rejimin qətliamlarına və törətdiyi soyqırımlara cavab olaraq cənub cəbhəsindəki hücumları davam etdirmək və intensivləşdirməliyik.”

 

Livanlı mülki əhalinin qanını tökməyin cavabı qan olacaq!

 

Livan Hizbullah Təşkilatının Baş Katibi, dünən Katyuşa və Flaq raketləri ilə sionistlərin Kiryat Şemone qəsəbələrinə hücumunun İsrailin cinayətinə ilkin cavab olduğunu bildirib və vurğulayıb:

  “Ən-Nəbtiyyə və Əl-Svanə kəndlərində qadın və uşaqlarımızın qanının bədəlini düşmən ödəyəcək. Livanlı mülki əhalinin qanının tökülməsinə cavab hərbi bazaları hədəfə almaq deyil məhz sionistlərin qanlarının axıdılması olacaq.”

Seyyid Həsən Nəsrullah bildirib:

“Livan Müqavimət Təşkilatı, sionistlərin Kiryat şəhərindən tutmuş Şmoun və Eylata qədər böyük və dəqiq hədəfləri vura bilən raket imkanlarına malikdir.”

Düşmənə təslim olmanın qiymətinin çox ağır, təhlükəli və taleyüklü olduğunu bildirən Seyyid Həsən Nəsrullah bildirib:

“Düşmənə təslim olmaq namusumuzu alçaltmaq, köləlik etmək və böyüklərimizdən tutmuş kiçiklərimizə kimi hamını təhqir etmək deməkdir.”

Livan Hizbullahının baş katibi Müqavimət Cəbhəsinin düşmənin ekzistensial böhran içində yaşamasına səbəb olduğuna və bu böhranın zirvəsinin Əl-Əqsa tufanı olduğuna diqqət çəkərək bildirib:

“2 milyard müsəlmanı olan və Qəzza xalqına dərman və yemək göndərə bilməyən ölkələr zillət və zəiflik nümunəsi deyilmi?”

O, Hizbullahın və dünyanın azad İslam xalqlarının üzərinə düşən vəzifələrdən birinin faktları aydınlaşdırmaq olduğunu vurğulayan bildirib:

 “Sionist düşmən qüvvələrinin ötən ilin oktyabrın 7-dən bəri təbliğ etdiyi yalanları sübut etmək üçün heç bir tutarlı əsası yoxdur. Əgər 7 oktyabr hadisələri ilə bağlı araşdırma aparılarsa, İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Co Baydenin HƏMAS hərəkatını məhv etmək israrları ilə iddia etdiyi bütün mənəvi və hüquqi əsaslar məhv ediləcəkdir. Bir çox ölkə, hətta HƏMAS hərəkatının dostu olduğunu deyən ölkələr belə, İsrailin 7 oktyabrla bağlı tarixi saxtakarlığına inandılar və Fələstin müqaviməti oktyabrın 7-dən bu yana ən ağır saxtakarlıq və təhqirlərlə üzləşdi...”

 

ABŞ hökuməti bölgədəki hər damla qana görə məsuliyyət daşıyır

 

Livan Hizbullahının baş katibi əlavə edib:

“Bu gün dünyanın şahidi olduğu ikiüzlülük ABŞ hökumətinin Qəzzada baş verənlərlə bağlı mövqeyidir. Əgər Amerika indi İsraili dəstəkləməyi və himayə etməsini dayandırsa, təcavüz birbaşa dayanacaq; Netanyahu istəsə də, istəməsə də.”

O, vurğulayıb:

“ABŞ hökuməti bölgədəki hər damcı qana görə məsuliyyət daşıyır, İsrail hakimiyyəti isə icra alətləridir. Əl-Əqsa Fırtına əməliyyatı “İsrailin” üzərində çalışdığı məqsədin fələstinliləri öz ana torpalarından köçürmək və bütövlükdə Fələstin torpaqlarında yəhudi dövləti yaratmaq olduğunu ortaya qoydu.”

Seyid Həsən Nəsrullah davam edərək bildirib:

“Qəzza mühasirəsinin məqsədi dünya sarsılmadan sükut və aramlıq içində bu bölgə xalqının ölməsi idi. Sionistlərin məqsədi Qərb Sahilinin əhalisinin İordaniyaya, Qəzza əhalisinin Misirə və 1948-ci ildə təyin olunan sərhəddə olan fələstinlilərin isə Livana köçürülməsi idi. İndi bizim məsuliyyətimiz bu məcburi miqrasiyanın qarşısını almaqdır və bu, kütləvi reaksiya tələb edir.”

Livan Hizbullahının Baş Katibi vurğulayıb:

“Amerika Livan ordusunu, Livanı qorumaq və çəkindirici güc yarada biləməsi üçün silah-sürsat və raket almasına mane olur.”

Nəsrullah çıxışının davamında bildirib:

“Livan və Fələstinin müqaviməti İsrail rejiminin çəkindirmə gücünü məğlub edərək bu rejimi şübhə altına aldı və yeni bir çəkindirmə tənliyi yaratdı. Müqavimət Cəbhəsində hamının məqsədi düşməni məğlub etmək və Qəzzanı qələbəyə nail etməkdir. Bu döyüşdə düşmənin məğlub olması, onun məqsədlərinə çata bilməməsi deməkdir. Düşməni məğlub etməyə məcbur etmək üçün ona itki və tələfat verilməsi hər şeydən daha vacib və  zəruridir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!