Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

7 noyabr 2021

13:33:54
1196377

İslam və İdman

5 ağır atletika çempionu medallarını Xanım Məsumənin hərəmindəki muzeyinə təqdim ediblər – Foto Reportaj

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının 5 ağır atletika çempionu 25 ağır atletika idmançısı ilə birlikdə həzrət Fatiməi Məsumənin (səlamullahi əleyha) hərəmini ziyarət edərək, qazandıqları medalları hərəmin nəznindəki muzeyə təqdim ediblər. Belə ki, Əli Davudi Özbəkistanda keçirilən Asiya Çempionatında qazandığı qızıl medalı, Cavad Naderi Belarusda keçirilən dünya çempionatında qazandığı gümüş medalı, Möhsün Biranvənd Asiya çempionatında qazandığı gümüş medalı, Səid Əli Hüseyni Cənubi Koreyada keçirilən Asiya çempionatında qazandığı qızıl medalı və Rza Abbaspur Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında qazandığı qızıl medalını həzrəti Məsumənin (ə) hərəmindəki muzeyinə bağışlayıblar.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!